Martunis () — Portuqaliyanın "Sportinq" (Lissabon) klubunun indoneziyalı futbolçusu;
Həyatı İndoneziyada 2004-cü ildə meydana gələn zəlzələ və sunamidə zərər çəkmişdir."Mucize çocuk" Martunis, Sporting Lizbon'da . haberturk.com, 02.07.2015 Yaşanan fəlakətlər zamanı anasını və 2 bacısını itirən 7 yaşındakı Martunis, 21 gün boyunca aclıq və susuzluqla mübarizə apardıqdan sonra xilas edilmişdir. KanadalıTsunamiden kurtulan Martunis artık Sporting Lisbon'da . eurosport.com, 02.07.2015 xilasedicilər tərəfindən aşkarlanarkən əynində Portuqaliya milli futbol komandasının 10 nömrəli oyunçusu Ruy Koştanın forması var idi.Bir rüya gerçek oldu! ntvspor.net, 02.07.2015 Fəlakətin "möcüzə uşağı" olaraq xatırlanan Martunis necə sağ qalması ilə bağlı suallara,
"Heç qorxmadım; çünki ailəmi yenidən görmək və futbolçu olmaq istəyirəm"
cavabını vermişdi.
Bundan sonra Portuqaliya Futbol Federasiyası onların evinin yenidən inşa edilməsi üçün 40 min avro yardım etmiş və "Real" Madridin portuqaliyalı ulduzu Kriştiano Ronaldo isə 2005-ci ildə təbii fəlakətdən zərər çəkənləri ziyarət edərkən onunla da görüşmüşdür. Martunisun təhsil xərclərini qarşılayan Ronaldo, gənc futbolsevərin "Sportinq" (Lissabon) klubunun bazasına gəlməsini təmin etmişdi.
Karyerası
Yeniyetməlik dövrü O, 2015-ci ilə qədər İndoneziyanın PSAP Sigli komandasında oynamışdır.
"Sportinq" (Lissabon) 2015-ci ilin iyul ayında Portuqaliyanın "Sportinq" (Lissabon) klubuna keçmişdir. İmza mərasiminin ardından duyğularını dilə gətirən Martunis belə demişdir:
"Röyalarım reallaşdı. Mənə verilən bu fürsət səbəbiylə inanılmaz bir həyəcan duyuram."
Klubun prezidenti onun U-19 komandasında oynayacağını bildirmişdir.
İstinadlar
Xarici keçidlər "Anak Angkat Ronaldo Asal Indonesia Gabung Sporting Lisbon" Sindonews.com. "Martunis é o mais recente reforço da Academia" at abola.pt "Martunis anunciado como atleta da Academia" at Record.pt "Martunis vai jogar no Sporting" at ojogo.pt
Kateqoriya:İndoneziya futbolçuları Kateqoriya:Sportinq Lissabon FK futbolçuları