Çırçır, Varser — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 3 km məsafədə, Göyçə gölünün sahilində, Zəngi çayının yanında yerləşir. Sevan rayonu təşkil edilənədək, yəni 31 dekabr 1931-ci ilə kimi Axta (Razdan) rayonunun tərkibində olmuşdur.
Kəndin digər adı Sutökülən olmuşdurİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.18. Erməni mənbələrindəErmənistan SSR. İnzibatiərazi bölgüsü, İrəvan, "Ayastan", 1976. s.121, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д. Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К. П. Казловского, 1913. s.285 Çirçir formasında qeyd edilmişdir.
Toponim Azərbaycan dilində "kiçik şəlalə" mənasını ifadə edən şırşır sözününYüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, "Elm", 1966. s.134 dialekt variantı olan çırçır (çirçir) sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin dialekt və şivələrində, türk dillərində ş~ç səs əvəzlənmələri qanunauyğun haldır. Hidrotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Varser qoyulmuşdur.
Əhalisi
İstinadlar
Kateqoriya:Göyçə kəndləri