Noraşen — Şərur rayonunun 1930-1964-cü illərdəki adı. Noraşen — Culfa rayonunun Göydərə kəndinin əvvəlki adı. Noraşen — Xocavənd rayonunun Günəşli kəndinin əvvəlki adı (?–1992). Noraşen — Sevan rayonunun Əfəndi kəndinin dəyişdirilmiş adı (1938-indi). Noraşen — Abaran rayonunun Saçlı kəndinin dəyişdirilmiş adı (15.07.1946). Noraşen — Qəmərli rayonunun Yuxarı Kürdkənd kəndinin dəyişdirilmiş adı. Baş Noraşen — Şərur rayonunun Cəlilkənd kəndinin əvvəlki adı. Norşen — Şirak mərzində kənd. Noraşenik — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Noraşen rəqsləri — Xəyyam Mirzəzadənin 1972-ci ildə Simli kvartet üçün yazdığı əsər. Noraşen — Culfa rayonu ərazisində dağ. Keçmiş Noraşen (indiki Göydərə) qəsəbəsindən с.-da yerləşir. Hündürlüyü 1583 m. Noraşen — Tovuz rayonu ərazisində çay. Tovuz çayının sağ qoludur.
Həmçinin bax