Manovo-Qounda-Sen-Floris Milli Parkı — Afrika qitəsində, Mərkəzi Afrika Respublikasında yerləşən milli park. UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir.
Haqqında Milli parkın ümumi sahəsi 1.740.000 hektardır və Mərkəzi Afrika Respublikasının ən böyük milli parkıdır. Bu park ölkənin əhəmiyyətli flora və fauna müxtəlifliyinə ev sahibliyi. Parkın düzənliklərində qara kərgədanlar, fillər, bəbirlər, hepardlar, çöl itləri, qırmızı sinəli ceyranlar və bufalolar, şimal su hövzələrində müxtəlif növdə su quşları yaşayır.
Parkda üç çay və Bonqo sıradağları yerləşir.
1988-ci ildə Manovo-Qounda-Sen-Floris Milli Parkı 475-ci üzv kimi YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.http://www.dunyamirasigezginleri.com/yeni/miraslar/orta_afrika_cumhuriyeti/01.html
İstinadlar
Kateqoriya:MAR milli parkları Kateqoriya:1979-cu ildə yarananlar Kateqoriya:Mərkəzi Afrika Respublikasındakı ümumdünya irsi Kateqoriya:Təhlükədə olan ümumdünya irsi Kateqoriya:1979-cu ildə yaradılmış qoruq əraziləri