Nikolay Aleksandroviç Dubrovski — rus tarixçisi, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin təklifi əsasında Bakı Dövlət Universitetinin təsis olunması üçün yaradılmış komissiyanın üzvü, Bakı Politexnik İnstitutunun ilk rektoru
Haqqında Komissiyanın 1919-cu il mayın 21-də keçirilən ilk iclasında Bakı Dövlət Universitetini lazımi avadanlıq və vəsaitlə təmin etmək üçün yaradılan kitabxana yarımkomissiyasının sədri, mənzil yarımkomissiyasının isə üzvü seçilmişdi.
Dubrovski Bakı Dövlət Universiteti tarix-filologiya fakültəsinin ilk dekanı olmuş, universitetin yüksək ixtisaslı professor-müəllim kadrları ilə təmin edilməsində fəal çalışmışdır. Bu məqsədlə sentyabrın sonlarında rektor V. İ. Razumovski ilə birlikdə Rusiyanın cənubundakı universitet şəhərlərinə ezam olunmuşdu. 1919-cu il noyabrın 15-də universitetin açılış günü ümumi tarixdən ilk mühazirəni Dubrovski oxumuşdu. O, universitetin ümumi tarix kafedrasının professoru idi. Dubrovski 1922-ci ilin noyabrınadək tarix-filologiya fakültəsinin dekanı olmuş, 1923-cü ilin yanvarından Moskva Universitetinə keçməsi ilə əlaqədar olaraq Bakı Dövlət Universitetindən ayrılmışdır.Nikolay Dubrovski // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 338. ISBN 9952-417-14-2.
Həmçinin bax
Vasili Razumovski
İstinadlar
Kateqoriya:Rusiya tarixçiləri