Simien Milli Parkı — Afrikada, Efiopiya dövlətində yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Haqqında Simien Milli Parkının sahəsi 13000 hektar olub, eroziya və yüksək bioloji müxtəliflik ilə yaradılmış möhtəşəm bir mənzərəyə malikdir. Milli Park çay vadiləri ilə ayrılmış Afrikanın başlıca dağ massivinin birinindən ibarətdir. Milli Parkda yüksəkliyi 4000 metrdən çox olan Ras Daşen zirvəsi yerləşir. Simien Dağları 40 milyon il əvvəl tektonik fəaliyyətlər nəticəsində yaranmışdır. . Minlərlə il boyuncaki eroziya, geridə Simien Dağlarında boğazlar, kanyonlar və uçurumlardan ibarət mənzərə buraxdı. Simien Milli Parkı nəsli tükənməkdə olan 3 növ məməliyə ev sahibliyi edir: Ualia dağ keçisi, Qelada meymunları və Efiopiya qurdu. Milli Park 1978-ci ildə 9-cu üzv kimi YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmişdir.
İstinadlar
Kateqoriya:Efiopiya milli parkları Kateqoriya:Efiopiyadakı ümumdünya irsi Kateqoriya:1969-cu ildə yaradılmış qoruq əraziləri