Hacı İbrahim Əfəndi Əfəndizadə () — Qafqaz müsəlmanlarının VI müftisi..
Bioqrafiyası Müfti Hacı İbrahim Əfəndi Əfəndizadə 15 may 1870-ci ildə Şamaxı şəhərində anadan olub.
1944-cü ildə SSRİ dövründə ilk dəfə keçirilən Qafqaz Müsəlmanlarının növbəti qurultayında Hacı İbrahim Əfəndizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini idi. Baş müfti seçildi və ömrünün sonuna kimi bu vəzifəni icra etdi. O, ilahiyyat elmlərini yaxşı bilən, dini ayinləri və şəriət tələblərini təbliğ edən bir din xadimi kimi şöhrət qazanmışdır. Sülh tərəfdarı olan Əfəndizadə Ümumdünya Sülh Şurasının nüvə silahlarına qarşı çağırışlarını alqışlamış, ABŞ-nin Koreyaya hərbi müdaxiləsini pisləmiş və dünyanı sülhə çağırırdı.
Müfti İbrahim Əfəndizadə 1957-ci il sentyabrın 18-də vəfat etdi.
İstinadlar
Kateqoriya:Müsəlman din adamları Kateqoriya:Şamaxıda doğulanlar Kateqoriya:Qafqaz Müsəlmanları İdarəsinin müftiləri