Məhəmməd Əfəndi Müftizadə — Qafqaz müsəlmanlarının III Müftisi.

Osman Əfəndi Vəlizadə vəfat etdikdən sonra onun yerinə oğlu Məhəmməd Əfəndi Müftizadə təyin edilir. Məhəmməd Əfəndi dövrünün ən nüfuzlu ilahiyyatçılarından biri olub. 1867-68-ci illərdə Şamaxıya gedib və orada Seyyid Əzim Şirvani ilə görüşüb. Məhəmməd Əfəndi Müftizadə 1847-ci ildən ömrünün axırınadək, yəni 1880-ci ilə kimi Tiflisdə Ruhani İdarəsində Qafqaz (Zaqafqaziya) sünni müsəlmanlarının müftisi vəzifəsini icra edib.

Kateqoriya:Müsəlman din adamları Kateqoriya:1880-ci ildə vəfat edənlər Kateqoriya:Qafqaz Müsəlmanları İdarəsinin müftiləri