Çaydüzü (əvvəlki adı: Novonikolayevka) — Azərbaycan Respublikasının Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsi tərkibindəki Novonikolayevka kəndi Çaydüzü kəndi adlandırılmışdır.
Toponimikası Çaydüzü Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin axırlarında Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim rus əhalisinin tərk edib gəldiyi ərazinin Nikolayevka adının əvvəlinə novo (rus. “yeni”) sözünün əlavə edilməsi ilə yaranmışdır və “yeni Nikolayevka kəndi” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 257 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri