İbrahimhaput — Azərbaycan Respublikasının Quba rayonunun Vəlvələ kənd inzibati ərazi dairəsində kənd. 2009-cu il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.Xəbərin onlayn yayımlanma tarixi: 08.12.2014 11:55. .

Toponimikası İbrahimhapıt oyk., mür. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi Yuxarıqışlaq, Aşağıqışlaq və Qabaqqışlaq adlı üç kiçik obanın birləşməsi əsasında yaranmışdır. Kəndin bünövrəsini isə Hapıt kəndindən köçüb gəlmiş ailələrin başçısı İbrahim adlı şəxs qoyduğu üçün kənd belə adlandırılmışdır. Oykonim "hapıtlı İbrahimin kəndi" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

Mənbə Azərbaycan coğrafiyası. Ensiklopedik lüğət. - Bakı: “GÜNƏŞ” nəşriyyatı, 2011.

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri Kateqoriya:Haputlular