Küçeyi (əvvəlki adı: Küçay) — Azərbaycan Respublikasının Quba rayonunun Talabıqışlaq kənd inzibati ərazi dairəsində kənd. 11 iyun 2002-ci il tarixli 341-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Quba rayonunun Talabıqışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Küçay kəndi Küçeyi kəndi adlandırılmışdır.

Toponimikası Tədqiqatçılara görə, kəndin əsl adı Küçeye-qışlaq olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə həmin rayonun Talabı kəndinə məxsus qışlaq yerində yaranmışdır. Oykonim tat dilindəki küçeye (balaca) və qışlaq sözlərindən ibarət olub, "balaca, kiçik qışlaq"mənasındadır. Əslində, oykonim hələ XIII əsrdə Rəşidəddinin "Cami-ət təvarix" əsərində qələmə aldığı türkdilli küçayların adı ilə bağlı olub, etnotoponimdir. 1933-cü ildə Xızı rayonu ərazisində də Küçeyri adlı yaşayış məntəqəsi qeydə alınmışdır.

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi Əhalisi tatlardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1022 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Quba rayonunun kəndləri