Blok fleyta və ya rekorder — ağac nəfəsli musiqi alətləri ailəsinin kanal fleytaları () qrupuna aid musiqi aləti. Klassik musiqi ənənəsində ən məşhur kanal fleytasıdır. Blok fleytanın qrupun digər nümayəndələrindən əsas fərqi alətin alt tərəfində yuxarı (sol) əlin baş barmağı üçün, alətin üst tərəfində isə 7 barmaq üçün dəliklərin olmasıdır. Üst tərəfdəki dəliklərdən üçü yuxarı (sol) əlin barmaqları, dörd dənəsi aşağı (sağ) əlin barmaqları üçün nəzərdə tutulub.

Blok fleytalar müxtəlif material, ölçü və diapazonlarda hazırlanır. Bu gün ən çox istifadə edilən ölçülər soprano (həmçinin "deskant" kimi tanınır; ən aşağı not C5-dir), alt (həmçinin "treble" kimi tanınır; ən aşağı not F4-dür.), tenor (ən aşağı not C4-dür.) və bas (ən aşağı not F3-dür.). Ənənəvi blok fleytalar ağac materialdan və ya fil sümüyündən hazırlanırdı. Müasir peşəkar alətlər taxta (əsasən, şümşad ağacından), tələbələr üçün və akademik məqsədli nəzərdə tutulmuş blok fleytalar isə, adətən, qəliblənmiş plastikdən hazırlanır. Blok fleytaların daxili və xarici nisbətləri dəyişir, lakin daxili borusu, əsasən, tərs konik (yəni ayağa doğru daralır) və ya silindrik formada olur. Demək olar, bütün blok fleytalarda çəngəlşəkilli barmaq sistemindən istifadə edilir.

Blokfleytanın səsi çox vaxt aydın və şirin kimi təsvir olunur, tarixən quşlar və çobanlarla əlaqələndirilib.

Blok fleyta ilk dəfə Orta əsrlərdə Avropada qeydə alınıb, İntibah və Barokko dövrlərində geniş məşhurluq qazanmağa davam edib, lakin Klassik və Romantik dövrlərdə az istifadə olunub. XX əsrdə autentik ifaçılıq hərəkatının bir hissəsi olaraq yenidən dirçəldi və nəticədə məşhur həvəskar və təhsil alətinə çevrildi. Monteverdi, Lülli, Persel, Hendel, Vivaldi, Teleman, Bax, Hindemit və Berio da daxil olmaqla, bir çox bəstəkarlar blok fleyta üçün əsərlər yazıblar. Alətin tam solo diapazonunu nümayiş etdirən bir çox peşəkar blok fleyta ifaçıları və böyük bir həvəskar icması var.

Nomenklatura XV əsrdən bəri müxtəlif ölçülü blokfleytalar qeydə alınıb, lakin müxtəlif ölçülər üçün vahid terminologiya və notasiya XX əsrə qədər formalaşdırılmamışdır. Müasir blokfleyta ailəsinin diapazonlarıC-dəYazılışıSəslənənF-dəYazılışıSəslənənQarklayn flutlayn və ya sopranissimo və ya pikkolo; C6 (c‴)Sopranino; F5 (f″)Soprano və ya descant; C5 (c″)Alto və ya trebl; F4 (f′)Tenor; C4 (c′)Bas və ya basset və ya bariton; F3 (f)Böyük bas və ya kvart-bass; C3 (c)Kontrabass və ya böyük bass və ya yarım-bas; F2 (F)Yarımböyük bass və ya kontra-böyük bass və ya kontrabas; C2 (C)Yarımkontrabas; F1 (FF)Yarım-yarım-böyük bas və ya oktokontrabas; C1 (CC)

Blok fleyta ansamblları Blok fleyta olduqca sosial musiqi alətidir. Bir çox blok fleytaçı böyük qruplarda və ya ayrı-ayrı kamera musiqisi qruplarında çıxış edir və bu cür qruplar üçün bir çox müasir əsərlər də daxil olmaqla geniş musiqi çeşidi mövcuddur. Müxtəlif ölçülərdə musiqi alətlərindən ibarət qruplar fərdi musiqi alətlərinin məhdud diapazonunu kompensasiya etməyə kömək olur. Soprano, alt, tenor ve bas partiyalarının müvafiq blok fleytalarla ifa olunduğu dördhissəli aranjmanlar geniş yayılıb. Lakin bir musiqi aləti üçün bir neçə partiyanın, həmçinin aşağı və yuxarı diapazonlu musiqi alətləri üçün nəzərdə tutulmuş partiyaların da olduğu daha mürəkkəb musiqi əsərləri mövcuddur.

London Tərəvəz Orkestrində isə içi oyulmuş yerkökündən hazırlanmış blok feyta daim istifadə olunur.

İstinadlar

Xarici keçidlər