Fatimeyi-Zəhra məscidi (Mingəçevir şəhər) — Azərbaycanın Mingəçevir şəhərinin Əliağa Şıxlinski küçəsində yerləşən məsciddir.

Məscid həmçinin Sağ Sahil məscidi kimi tanınır.

Tarixi Fatimeyi-Zəhra məscidi 2006-cı ildə şəhər sakinlərinin təşəbbüsü ilə inşa edilmişdir. Burada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş Mingəçevir şəhəri "Zəhra" məscidi dini icması fəaliyyət göstərir.

Memarlıq üslubu Məscid düzbucaqlı plan quruluşuna malik olub 2 mərtəbədən ibarətdir. İbadət zalının sahəsi 208 m²-dir və burada eyni vaxtda 200-dən artıq ibadətçinin namaz qılması üçün zəruri şərait yaradılmışdır.

Məscidin 30 metr hündürlüyündə 1 minarəsi və 1 günbəzi vardır. Günbəzdə təbii işıqlandırmanı təmin edən bir neçə gözlük yerləşir. Tikilinin fasadında bir neçə pəncərə və 2 giriş qapısı mövcuddur. Giriş hissəsi 5 daş sütun üzərində qurulmuş eyvan formasında layihələndirilmişdir.

İstinadlar

Kateqoriya:Mingəçevir şəhər məscidləri Kateqoriya:2006-cı ildə yarananlar Kateqoriya:Rayonlarına görə Azərbaycan məscidləri