Həyat Mirşad (; ) — livanlı fəal, feminist və jurnalistdir. FE-MALE feminist ictimai birliyinin həmtəsisçisidir. Ölkədə gender bərabərliyinin təmin olunması uğrunda mübarizə aparır.
Haqqında Həyat Mirşad Livan Universitetinin ingilis ədəbiyyatı ixtisasını və Beyrut Amerika Universitetinin gender bərabərliyi və insan inkişafı üzrə humanitar kursunu bitirib.
2007-ci ildə o, "FE-MALE" qeyri-kommersiya feminist ictimai birliyinin həmtəsisçisi və direktorlarından biri olub. Həmçinin Livan Qadınlarının Demokratik Assambleyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və "BMT-Qadınlar" (UN Women) təşkilatının üzvüdür.
2012-ci ildə Həyat Livanda "Sharika wa Laken" ("Tərəfdaş, lakin hələ bərabər olmayan") adlı ilk feminist veb-saytın əsasını qoyub.
Mükafatları Həyat Mirşad 2020-ci ildə Mirşad BBC tərəfindən ilin 100 ən nüfuzlu qadınından biri seçilib.
İstinadlar
Kateqoriya:Feministlər Kateqoriya:Aktivistlər Kateqoriya:Livan aktivistləri Kateqoriya:Livan şəxsləri