"Criminal" () — ABŞ müğənnisi Fiona Epplın 1997-ci il iyunun 2-də çıxmış mahnısı. Mahnı onun debüt albomu "Tidal"dan götürülərək üçüncü sinql kimi buraxılıb. Mahnının yayımını "Work Records" və "Columbia Records" şirkətləri ediblər.
Mahnının mənası barədə danışan Fiona açıqlayıb ki, əsərdə öz cinsiyyətindən istifadə edərək asanca əldə etdiyi şeylərə görə duyduğu peşmançılıq hissi əks olunur."The 500 Greatest Songs Since You Were Born: 51–100". Blender. October 2005. Retrieved June 29, 2007.
"Criminal" müğənninin ən uğurlu mahnısı sayılır. "Billboard Hot 100" listində 21-ci yerə qədər qalxıb və 2026-cı ilə qədər bu listə düşən yeganə mahnısıdır. Bundan əlavə, "Billboard Modern Rock Tracks" siyahısında 4-cü yeri tutub.
Mahnı 40-cı "Qremmi" mükafatlandırma mərasimində "Ən yaxşı qadın rok vokal ifası" nominasiyasında "Qremmi" mükafatını əldə edib və eyni zamanda "Ən yaxşı rok mahnısı" kateqoriyasında da namizədliyi irəli sürülüb. Bu mahnı həmçinin "VH1" telekanalının "90-cı illərin ən möhtəşəm 100 mahnısı" adlı reytinqində 55-ci sırada yerləşib. "Blender" jurnalının 2005-ci ildə oxucularına təqdim etdiyi "Dünyaya gəldiyiniz gündən bəri bəstələnmiş ən böyük 500 mahnı" siyahısında "Criminal" 71-ci mövqeni tutub.
Videoklip Mahnının videoçarxı 1997-ci ilin mayında Mark Romanekin rejissorluğu ilə hazırlanıb, çəkiliş işlərini isə Harris Savides görüb. Təqdimatı bir ay sonra, iyun ayında reallaşıb.
Fionanın gözlərində görünən işıq əksetdirmə effektləri və digər vizual təkmilləşdirmələr Eş Bek adlı dizayner tərəfindən işlənib. Klipdə Fiona Eppl özünü müxtəlif kadrlarda, küskün və qismən yarıçılpaq vəziyyətdə göstərir. "The New Yorker" nəşri ifaçını "aclıqdan ərimiş 'Calvin Klein' manekeni kimi" səciyyələndirib.Frere-Jones, Sasha. "Extraordinary Measures" . The New Yorker. October 10, 2005. Retrieved June 18, 2007. Bu görünüş həmin dövrdə "heroin chic" adı ilə tanınırmış. Əsərdə vuayerizm və yeniyetməliyə keçid dövrü kimi mövzular öz əksini tapıb.Zeltner, Mark. "Fiona Apple's 'Criminal' and Video Voyeurism for the '90s" . Images, issue 5. Retrieved June 28, 2007. 1997-ci ildə klip "MTV Video Music Awards" təltifində "Ən yaxşı operatorluq" sahəsində mükafat qazanıb.
Videoklip "MTV" telekanalının 1997-ci ildəki "Beavis and Butt-Head Do Thanksgiving" xüsusi buraxılışında yer alıb. Serialın uzun fasilədən sonra 2011-ci ildə yenidən ekranlara qayıtmasına qədər bu video ikili tərəfindən təhlil edilən sonuncu material olub.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1997-ci ilin mahnıları Kateqoriya:Columbia Records sinqlları