Kolorado Universiteti () — Kolorado ştatında dörd kampusdan ibarət olan dövlət universitetləri sistemidir.As of June 30, 2024.

Kampuslar

Boulder Kolorado Universiteti () — universitet sisteminin flaqmanıdır. Kolorado ştatının Boulder şəhərində yerləşir. 1876-cı ildə əsası qoyulmuşdur; 33.000-dən çox tələbə və aspirantın təhsil aldığı genişmiqyaslı tədqiqat universitetidir. Universitet 150-dən çox təhsil istiqaməti üzrə 2.500-dən çox kurs təklif edir. Tərkibinə doqquz kollec və məktəb daxildir. Kolorado Sprinqs Kolorado Universiteti (Qısaca: UCCS) — bakalavr və magistr dərəcələri təklif edən üç kampus arasında ən sürətlə böyüyənidir və burada təxminən 12.000 tələbə təhsil alır. 34 bakalavr, 19 magistr və beş doktorantura proqramı təklif edir. Tərkibinə altı kollec daxildir. Denver Kolorado Universiteti (Qısaca: CU Denver) — Koloradonun ən böyük tədqiqat universitetidir. Tədqiqatlar üçün illik 420 milyon dollardan çox büdcəyə malikdir ki, bu da Koloradodakı digər bütün təşkilatların büdcələrindən yüksəkdir. Səkkiz məktəb və kollecdən ibarətdir. Denver şəhərinin mərkəzində yerləşir və burada 18.000-dən çox tələbə təhsil alır. Avroradakı Anşuts Tibb Kampusu () — Denver Kolorado Universitetinin kampusudur. Tibb elmləri üzrə təhsil verən və geniş tədqiqatların aparıldığı altı məktəbi özündə birləşdirir. Kampusda 4.000-dən çox tələbə təhsil alır.

İstinadlar

Xarici keçidlər

Rəsmi Universitet veb-saytı Boulder Universitetinin Rəsmi veb-saytı Kolorado Sprinqs Universitetinin Rəsmi veb-saytı Denver Universitetinin Rəsmi Veb-saytı CU Anschutz Tibb Kampusu