Ezgi Çağlar (, ) — Türkiyəli qadın futbolçu. Türkiyənin Beşiktaş futbol klubunun qadın komandasında və qadınlardan ibarət Türkiyə milli komandasında qapıçı kimi çıxış edir.

Həyatı Ezgi Çağlar 1991-ci il iyulun 3-də İzmirin Konak rayonunda anadan olub. Uşaqlıqdan idmana maraq göstərən Çağlar futbolla erkən yaşlarda məşğul olmağa başlayıb. Ezgi Çağlar qapıçı mövqeyində özünü daha yaxşı hiss edərək bu mövqeni seçmişdir. Onun futbolçu kimi formalaşmasında yerli futbol məktəbləri və cəmiyyətin rolu önəmli olmuşdur.

Klub karyerası Çağlar peşəkar futbola 2006-cı ildə Bucaspor klubunda başlamışdır. Futbolçu lisenziyasını 28 aprel 2006-cı ildə almışdır. Üç il sonra, 2009–10 mövsümü üçün Lüləburqazı təmsil edən "Düvenciler Lisesispor" lisey qızlar klubuna keçmişdir. Orada keçirdiyi iki mövsümdə 36 oyunda meydana çıxmış və iki qol vurmuşdur.

5 avqust 2011-ci ildə Çağlar yeni liqa çempionu olan İstanbulun "Ataşehər Bələdiyyəspor" klubuna transfer olunmuşdur. Yeni klubuna qoşulduqdan bir həftə sonra başlayan 2011–12 UEFA Qadınlar Çempionlar Liqası matçlarında ehtiyat oyunçu kimi iştirak etmişdir. 2011–12 mövsümündə komandası ilə Türkiyə çempionu olmuşdur. Bu onun karyerasında ilk çempionluq olur.

Çağlar 11 avqust 2012-ci ildə UEFA Qadınlar Çempionlar Liqasında debüt etmişdir. Bu, 2012–13 mövsümündə UEFA Qadınlar Çempionlar Liqasının 1-ci qrup matçında Litvanın "Gintra Universitetas" komandasına qarşı oyunda baş vermişdir. O, turnirin sonrakı iki oyununda da iştirak etmişdir.

2015–16 mövsümü üçün o, Qadınlar Birinci Liqasına yeni yüksələn "Kireçburnu Spor" ilə müqavilə imzalamışdır.

2016–17 mövsümünün ikinci yarısında Çağlar keçmiş klubu "Ataşəhər Bələdiyəspor" klubuna qayıtmışdır.

2017-ci ilin oktyabr ayında Çağlar, 2017–18 mövsümündə Türkiyə Qadınlar Birinci Futbol Liqasında oynamaq üçün yüksələn Diyarbəkirin "Amed SFK" klubuna keçmişdir.

2018–19 mövsümündə Çağlar keçmiş klubu "Kireçburnu Spor"a qayıtmışdır. Burada bir mövsüm oynamış və 16 oyunda meydana çıxmışdır.

2019-cu ildə Qaziantepi təmsil edən "ALG Spor" klubuna keçmişdir.2019–20 mövsümündə Qaziantep təmsilçisiylə Türkiyə Superliqasının qalibi olmuşdur. Çağlar burada 9 oyunda meydana çıxmışdır.

2020-ci ildə İstanbulun Fateh rayonunu təmsil edən "Fateh Vətən Spor" klubuna keçmişdir. Burada 1 mövsüm oynamış və cəmi 6 oyunda meydana çıxmışdır.

2021-ci ildə İstanbulun Fənərbaxça klubunun qadın komandasına qoşulmuşdur. Burada iki mövsüm oynamış və 34 oyunda meydana çıxmışdır.

2023-cü ildə digər İstanbul təmsilçisi olan "Beşiktaş" klubuna keçmişdir.

Milli komanda karyerası Ezgi Çağlar 2008-ci ildə UEFA Qadınlararası U-17 Çempionatının qrup oyunlarında oynamaq üçün Türkiyənin 17 yaşadək qızlardan ibarət milli komandasına çağırılıb. O, debütünü 19 oktyabr 2007-ci ildə İrlandiya milli komandasına qarşı oyunda edib. Türkiyənin qızlardan ibarət U17 milli komandasında 10 oyunda meydana çıxıb.

2007-ci ildə Türkiyənin 19 yaşadək qadınlardan ibarət milli komandasında dəvət alır. U19 milli komandasında ilk oyunun 27 sentyabr 2007-ci ildə keçirmişdir. Bu, 2008-ci il UEFA Qadınlararası 19 yaşadək futbolçular arasında çempionatın seçmə mərhələsində Polşaya qarşı oyunda baş vermişdir. O, həmçinin 2009-cu il UEFA 19 yaşadək qadınlar arasında çempionatının və 2010-cu il UEFA 19 yaşadək qadınlar arasında çempionatının seçmə mərhələ oyunlarında iştirak etmişdir. Ezgi Çağlar Türkiyənin qızlardan ibarət U17 milli komandasında ümumilikdə 20 oyunda meydana çıxmışdır.

Çağların əsas milli komandada debütü 5 may 2007-ci ildə Bolqarıstanla yoldaşlıq oyununda olmuşdur. 15 noyabr 2022-ci il tarixinə qədər Türkiyə milli komandasında, əsasən yoldaşlıq görüşləri olmaqla, 35 dəfə meydana çıxmışdır.

Karyera statistikası KlubMövsümLiqaQitəMilliToplamDvizionOyunQolOyunQolOyunQolOyunQolBucaspor2006–2008Birinci Liqa––1701702008–09Birinci Liqa170––90260Toplam170––260430Düvəncilər Lisesispor2009–10İkinci Liqa162––402022010–11Birinci Liqa200––00200Toplam362––40402Ataşəhər Bələdiyyəspor2011–12Birinci Liqa60––00602012–13Birinci Liqa8030001102013–14Birinci Liqa90––401302014–15Birinci Liqa150––30180Toplam3803070480Kireçburnu Spor2015–16Birinci Liqa120––601802016–17Birinci Liqa60––0060Toplam180––60240Ataşəhər Bələdiyyəspor2016–17Birinci Liqa100––00100Toplam100––00100Amed SFK2017–18Birinci Liqa180––00180Toplam180––00180Kireçburnu Spor2018–19Birinci Liqa160––00160Toplam160––00160ALG Spor2019–20Birinci Liqa80––0080Toplam80––0080Fateh Vətən Spor2020–21Birinci Liqa60––0060Toplam60––0060Fənərbaxça2021–22Super Liqa190––102002022–23Super Liqa110––00110Toplam300––10310Beşiktaş2023–24Super Liqa190––001902024–25Super Liqa70––0070Toplam260––00260Karyerasında cəmi2232304402672

Uğurları

Türkiyə Qadınlar Birinci Liqası Bucaspor Gümüş medal(2): 2007–08, 2008–09

Ataşəhər Bələdiyespor Çempion(1): 2011–12 Gümüş medal(3): 2012–13, 2013–14, 2014–15

Fateh Vətən Spor Gümüş medal(1): 2020–21

Türkiyə Qadınlar İkinci Liqası Düvəncilər Lisesispor Çempion(1): 2009–10

İstinadlar

Kateqoriya:Qadın futbol qapıçıları