Baş Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
Aza kənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 25 km qərbdə, Arazın sol sahilindədir. Əhalisi 458 nəfər(2000); Bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, tibb məntəqəsi var. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü qoç daş heykəllər olmuşdur.
Tarixi Baş Dizə Ordubad rayonunun Aza inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Oykonim "Böyük Dizə" deməkdir. Dizə komponenti türkdilli xalqların toponimiyasında "kənd", İran dillərində "hasar", "qala divarı", "qala" mənalarını ifadə edir. Baş sözü kəndin adına onu eyniadlı yaşayış məntəqələrindən fərqləndirmək üçün əlavə olunmuşdur.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007.
Əhalisi Əhalisi 538 nəfərdir.
Həmçinin bax Ordubad rayonu
İstinadlar
Kateqoriya:Ordubad rayonunun kəndləri