Darkənd (əvvəlki adı: Dər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Dər kəndi Darkənd adlandırılmışdır.
Tarixi Kənd Gilançayın sağ sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Tədqiqatçılar bu oykonimi ərəb dilindəki deyr (məbəd, monastır) sözü ilə əlaqələndirir və güman edirlər ki, bu coğrafi ad kəndin ərazisində qədim məbəd xarabalıqlarının olduğunu bildirir. Əslində, Zəngəzur silsiləsinin ən yüksək zirvəsi olan Qapıcıq dağının rayonun ərazisində yerləşməsi "qapı", "kecid" mənalı Dər toponiminin də yaranmasına səbəb olmuşdur. Fars dilində dər "qapı" deməkdir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007..
Əhalisi Əhalisi 525 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Həmçinin bax Darkənd gümbəzi Darkənd yaşayış yeri
İstinadlar
Kateqoriya:Ordubad rayonunun kəndləri