alt=Dəstə kəndinin Ordubad rayonunda yeri|thumb|Dəstə kəndini Ordubad rayonunda yeri

Dəstə — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.

Toponimikası Tədqiqatçıların fikrincə, oykonim fars dilindəki dəstə sözündən olub, "kənd, bağ, mülk" deməkdir. Kənd adını ərazidəki eyniadlı bulağın adından almışdır. Azərbaycan dilinin dialektlərində isə dəstəma/dəstəmal/dəsmal "su arxı", "su novu"deməkdir.

Tarixi Dəstə kəndi Ordubadın inkişaf etmiş yaşayış yerlərindən biri idi. 1727-ci ilə aid Naxçıvan sancağının müfəssəl dəftərində Azadciran nahiyəsinə tabe olan kəndlər arasında 10763 ağça illik gəlir verən Dəstə kəndinin adı çəkilir.XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra yeni inzibati bölgüyə əsasən kənd Dəstə mahalının mərkəzi olur. Kəndin mərkəzində mövcud olmuş XVI-XVII əsrlərə aid məscidin kitabəsi dövrümüzədək gəlib çatmışdır.

Coğrafiyası və iqlimi Kənd Vənəndçayın (Arazın qolu) mənsəbində, Zəngəzur silsiləsinin ətəyində, rayon mərkəzindən 12 km cənub-şərqdə, Ordubad-Naxçıvan avtombil yolunun kənarında, Arazın sol sahilində yerləşir.

Əhalisi Kənd əhalisi 5000 nəfərdir (2016).

Tanınmış şəxsləri Hüseyn Razi – şair, dramaturq, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1984). Cəbrayıl Zeynalov - Azərbaycan dili , ədəbiyyat müəllimi . 2003-cü ildə vəfat etmişdir. Aşıq Abbas Dəhri - el aşığı. 1800-1935-ci illərdə yaşamışdır. Cəfər Bağır - 1934-1936 illlərdə Kominist qəzetində şöbə müdiri mavini olmuşdur. 1937-1954 illərdə sürgündə olub. 1912 mayın 5-də anadan olmuşdur. 1983-cü ildə vəfat etmişdir.

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, əkinçilik və tərəvəzçilik təşkil edir.

Mədəniyyəti Kənddə mədəniyyət evi və iki kitabxana, rabitə şöbəsi mövcuddur.

Təhsil Kənddə əvvəllər iki orta məktəb fəaliyyət göstərirdi. 2019 ildən Yeni Tam orta məktəb fəaliyyət göstərir digər iki məktəb isə artıq istifadə olunmur

Din Kənddə məscid mövcuddur.

Səhiyyə Kənddə xəstəxana mövcuddur.

İstinadlar

Həmçinin bax Dəstə (bulaq)

Kateqoriya:Ordubad rayonunun kəndləri