Əli ibn Əbu Talib (; ) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğluBiographies of the Prophet's companions and their successors, Ṭabarī, translated by Ella Landau-Tasseron, pp.37–40, Vol:XXXIX. İslamı qəbul edən ilk uşaq, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.

Xüsusən Şiə mənbələrinə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb. Məhəmməd ilahi vəhy aldığını bildirdiyi zaman, Əli İslamı qəbul etmiş və həyatını bu dinə həsr etmişdir.

Əli Məhəmməddən sonra Mədinəyə köçmüşdür. Orada Əli Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur. Bundan sonra Əli Mədinədə Məhəmmədlə keçirdiyi 10 il ərzində, müharibələrdə rəhbər kimi iştirak etmiş, bildiriş və əmrləri çatdırmış, demək olar ki, bütün müharibələrdə iştirak edərək fəal rol oynamışdır. Əli 656-cı ildə Osman ibn Əffanın öldürülməsindən sonra Mədinə məscidində xalq tərəfindən xəlifə seçilmişdir. 661-ci ildə Kufə məscidində sui-qəsd nəticəsində öldürülmüşdür.Dinlər, təriqətlər, məzhəblər, səh. 80

İslam mədəniyyətində Əlinin özünəməxsus yeri vardır. Belə ki, o İslamda müdriklik, dürüstlük, igidlik, hörmət və s. rəmzidir. Xüsusən Təsəvvüfdə Əli təfsir, fiqh və dini fikir sahələrində ən yüksək şəxs hesab olunur və o Məhəmmədin nəslinin davamçısı kimi qəbul edilir.İslam, səh. 55

Əli bəzi dini şəxsiyyətlərlə Əli kültünün mərkəzi şəxsiyyətini təşkil edir. Şayiə mədəniyyətinə əsaslanan əsərlərdə Əli bilik, cəsarət, inam, dürüstlük, sədaqət, səxavət və mərhəmət ilə xüsusilə xatırlanır və batin sufi ənənələri üçün ən vacib mistik şəxsiyyətdir. Xüsusilə təfsir, fiqh və dini düşüncə sahəsindəki üstünlüyü tanınır.

Həyatı

Məkkədə

Təvəllüdü və uşaqlığı Əlinin atası Əbu Talib Qüreyş qəbiləsinin tayfalarından biri olan Bəni-Haşimin şeyxlərindən və Kəbənin mühafizlərindən biri olmuşdur. O Məhəmmədin əmisi idi. Əlinin anası Fatimə binti Əsəd də həmçinin Bəni-Haşim tayfasındandır. Əli İbrahimin oğlu İsmailin nəslindəndir.

Bəzi İslami, xüsusən şiə mənbələrində qeyd olur ki, Əli Məkkədə, Kəbədə dünyaya gəlmiş və 3 gün orada qalmışdır. 3 gündən sonra anası qucağında Əli ilə qırağa çıxmış, Məhəmməd körpə Əlini qucağına götürərək ona "ulu" mənasını verən Əli adını qoymuşdur. "Hz. Əmirəlmöminin Əli (ə.s.) Rəcəb ayının on üçündə Ammulfil ilinin otuzunda Məkkədə Beytullahın içində dünyaya gəldi. Nə Əlidən əvvəl, nə də ondan sonra kimsə o mübarək məkanda dünyaya gəlmə səadətinə nail olmamışdır. Hz. Əlinin (ə.s.) Kəbədə dünyaya gəlişi bir fəzilət və şərəfdir ki, uca Allah bunu sadəcə o həzrətə məxsus qılmışdır. Əbu Abdullah Məhəmməd ibn Nöman Əkbəri əl-Bağdadi, "əl-İrşad Fi Marifəti Hucəcillahi Aləl İbad", c. 1, səh. 5, Təhqiq: Müəssəsətu Əhli-beyt (ə.s) Li Təhqiqi’t-Turas, Darul Müfid Lit-tibaəti Vən-Nəşru və Tavzii: Beyrut, İkinci nəşr, H. Q. 1414, M. 1993"Onun (Radiyallahu anh) mənqıbələrindən biri də doğumunun Kəbənin içində baş verməsidir." Mühəddis Hind Şah Vəliyullah Dəhləvi, "İzalətul Xifa An Xilafətil Xüləfa", c. 4, Bab: Əmma Mə’suru Əmirilmöminin və İmamu Əşcaiin Əsedullahil Qalib Əli ibn Əbu Talib (Radiyallahun Ənh) Tashih ve Müracaat: Seyyid Cəmaluddin Hərəvi"Rəvayət edilmişdir ki, Fatimə binti Əsəd (s.ə.) hamilə halı ilə Beytullahı təvaf edirdi. Doğum sancısı vücudunu sardı, bu zaman Kəbənin divarı yarıldı və Fatimə binti Əsəd içəri daxil olub Hz. Əlini (ə.s.) orada dünyaya gətirdi." Şəmsəddin Əbul Müzəffər Yusif ibn Fərqali ibn Abdullah əl-Bağdadi əl-Hənəfi, "Təzkiratul Xavas", səh. 20, "Müəssəsətu Əhlil-beyt", Beyrut, H. Q.. 1401/M.. 1981 "Fatimə binti Əsədin Əmirəlmöminin Əlini (Kərəmullahu vəchəh) Kəbənin içində dünyaya gətirdiyi mövzusunda təvatür həddində hədislər rəvayət edilmişdir." Məhəmməd ibn Əbu Abdullah əl-Hakim ən-Nişapuri, "əl-Müstədrəku aləs-Səhiheyn", c. 3, səh. 550, Təhqiq: Mustafa Abdülqadir Əta, Darul Kutubil Elmiyyə, Beyrut, Birinci nəşr, H. Q. 1411/M. 1990 Məhəmmədin Əlinin ailəsi ilə yaxın əlaqələri olmuşdur. Məhəmməd yetim qaldıqdan sonra babası Əbdülmüttəlibin də ölməsindən sonra əmisi, Əlinin atası Əbu Talib onu evinə aparmışdır. Əli Məhəmməd və Xədicə binti Xüveylidin nikahından 2 və ya 3 il sonra doğulmuşdur. Əli 5 və ya 6 yaşında olarkən Məkkədə iqtisadi çətinlik yarandı və bu Əbu Talibin ailəsinə də təsir etmişdir. Məhəmməd də Əlini öz himayəsinə götürmüşdür.

Bir il Məkkədə aclıq üz vermişdi. Bu zaman Məhəmmədin əmisi Əbu Talib böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Məhəmməd Bəni-Haşim tayfasının varlılarından olan digər əmisi Аbbasa təklif etdi ki, Əbu Talibin dolanışığına kömək etmək məqsədilə gedib hərəsi onun bir uşağını götürüb öz evində saxlasın. Abbas Məhəmmədin bu təklifi ilə razılaşdı. Beləliklə də Abbas Cəfəri Məhəmməd isə Əlini öz öhdəsinə götürüb öz evlərinə apardılar. Əli Məhəmməd peyğəmbər seçilənədək onun evində qaldı. Məhəmməd peyğəmbərliyə seçildikdən dərhal sonra Əli onu qəbul edib ona itaət etməyə başladıİbn Əsir, Əl-Kamilu fit-tarix, c. 2, s. 58.İbn Hişam, Əs-siyrətün-nəbəviyyə, Təhqiqi: Mustəfa Siqa.Təbəri, Tarixul-uməm vəl-muluk, Darul-qamusul-hədis, c. 2, s. 213.İbn Əbilhədid, Şərhi Nəhcül-bəlağə, c. 13, s. 119.

İslamı qəbul etməsi Bəzi rəvayətlərə görə Hira mağarasında Məhəmmədə vəhy gələndə onunla görüşən yalnız Əli olmuşdur.Məsum imamların həyatı, səh. 7Şərhi-Nəhcül-bəlağə, c. 13, səh. 119Şərhi-Nəhcül-bəlağə, c. 13, səh. 208

3 il müddətində Məhəmməd insanları İslama gizli dəvət etdi. Qurana əsasən. o ilk növbədə ailəsi Bəni-Haşimi bir tədbirdə İslama dəvət etdi. Təbəri, İbn əl-Əsir, Əbülfida və s. kimi alimlərə görə dəvəti qəbul edən şəxs, Məhəmmədin yoldaşı, qardaşı, vəkili və xələfi olacaqdı. Əli bu zaman 13 və ya 14 yaşında olmuş və ilk o ayağa qalxaraq önə çıxmışdır. Məhəmməd dəvəti 3 dəfə təkrar etsə də bunu qəbul edən yalnız bir şəxs olmuşdur ki, o da Əli. Məhəmmədin dəvətinə bir tək və israrla Əlinin müsbət cavab verməsindən sonra Məhəmməd onu özünün qardaşı elan etmiş və ona itaəti vacib buyurmuşdur. Dəvətdə Əli, onun atası və ailəsi yanaşı Əbu Ləhəbin də daxil olduğu Məhəmmədin əmiləri də iştiak edirmişlər. Və hadisələrin bu hissəsində Əbu Ləhəb gülərək qardaşı, Əlinin atası Əbu Talibə "hə indi sən öz oğluna beyət edəcəksən?" sualını vermişdir.Təbəri, c. 2, səh. 217Əl-kamilu fit-tarix, c. 2, səh. 63Şərhi-Nəhcül-bəlağə, c. 13, səh. 211 Bu hadisə tarixdə "Dəvət ayəsi" olaraq qalmışdır. Bəni-Haşim Məkkədə boykot altında olduğu zaman Əli Məhəmmədə dəstək olmuşdur.

İbn İshaq və digər bəzi tarixçilərə görə Əli İslamı ilk qəbul edən kişidir, lakin Təbəri və digər bəzi tarixçilər isə İslamı qəbul edən ilk kişinin Zeyd ibn Haris və ya Əbu Bəkr olması haqqında bəzi ənənəvi rəvayətlər qeyd etmişdirlərWatt, William Montgomery. Muhammad at Mecca. səh. xii. Oxford University Press. 1953. Bəzi alimlər isə Əlini İslamı qəbul edərkən uşaq olduğuna görə İslamı qəbul edən ilk müsəlman kişi kimi qəbul etmirlər.Watt, William Montgomery. Muhammad at Mecca. səh. 86. Oxford University Press. 1953

Mədinəyə hicrət

622-ci ildə Məhəmməd Məkkədən Yəsribə (indiki Mədinə) hicrət etmiş və həmin vaxt Əli Məhəmmədin yatağında yatmışdır. Bu gecə Leylət əl-Məbit adlandırılmışdır. Bəzi hədislərə əsasən "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər." ayəsi məhz bu hadisəylə əlaqədar olaraq nazil olmuşdur..

Əli sui-qəsdi dəf etsə də Məkkədə qalıb Məhəmmədin təlimatlarına uyğun hərəkət etməyə başlamışdır. Əli həmçinin burada Məhəmmədə əmanət edilmiş mal-dövlətləri mühafizə etmişdir. Əli daha sonra anası, Məhəmmədin qızı Fatimə və iki qadınla birlikdə Mədinəyə getmişdir.

Mədinədə

Məhəmməd dövrü Əli 22 və ya 23 il Mədinədə yaşamışdır. Məhəmməd Mədinədə səhabələrə arasında qardaşlıq yaradarkən məhz Əlini özünə qardaş seçmişdir. 622–632-ci illərdə 10 il müddətində Əli Məhəmmədə köməklik etmiş və onun əmrlərinə uyğun olaraq vali, ordu komandanı, elçi, bayraqdar olaraq faəl fəaliyyət göstərmişdir.

Ailə həyatı Əli 623-cü ildə Məhəmmədin və qızının da razılığı ilə Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur. Bu hadisədən sonra Məhəmməd Fatiməyə belə demişdir: "Sən mənim ailəmdən mənə sevimli olan biriylə ailə həyatı qurdun". Məhəmməd bu ailəni Ali-Əba hədisində və Mübahilə günü öz Əhli-Beyti adlandırmışdır. Onların adı Quranın Təthir ayəsində də çəkilmişdir.

Əlinin Fatimədən 4 övladı olmuş, 1 övladı da daha dünyaya gəlməmiş Fatimənin bətnində ölmüşdür. Məhəmməd onların 2 oğlunu (Həsən və Hüseyn) öz övladı və Cənnət cavanlarının ağası adlandırmışdır.

Əli və Fatimə əvvəl-əvvəl çox kasıb yaşamışdırlar. Ailə həyatı qurduqları bir neçə il ərzində Fatimə ev işlərini özü görmüşdür. Quyudan su daşımaqdan çiyinləri şişmiş, əl dəyirmanında qarğıdalı üyüdməkdən əlləri suluqlanmışdır. Fatimə ev işlərində çox diqqətcil olmuş, xəmir düzəltmiş, çörək bişirmişdir. Əli də öz növbəsində evə yanacaq odun gətirmiş və ailəsini ərzaqla təmin etmişdir. Xeybər döyüşündən qazanılan qənimət müsəlmanlar arasında bölüşdürüldükdən sonra bir çox müsəlman ailələri kimi Əlinin ailəsinin də maddi vəziyyəti xeyli yaxşılaşmışdır. Vəziyyətləri yaxşılaşdıqdan sonra Fatimə evə bəzi kənizlər almış, lakin onlarla ailə üzvü kimi rəftar etmişdir.

Müharibələrdə thumb|Ərəbcədən tərcümədə "Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur." mənasını verən ərəbcə cümlə. Əli Məhəmmədin sağlığında Təbuk döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir. Bəzi döyüşlərdə sıravi bir döyüşçü kimi döyüşmüş, bəzilərində isə başçılıq etdiyi dəstəsiylə hücumlar təşkil etmişdir.

Əli ilk dəfə Bədr döyüşündə iştirak etmişdir. Əməvilərin məşhur sərkərdələrindən Vəlid ibn Utbə başda olmaqla bir çox sərkərdə və əsgərləri məğlub etmişdir. İslami mənbələrə əsasən Əli döyüşdə 20–30, əksər mənbələrə əsasən 27 döyüşçü öldürmüşdür.

Əli Uhud döyüşü başda olmaqla bir çox döyüşdə ikiqıynaqlı Zülfüqar qılıncıdan istifadə etmişdir. Uhud döyüşündə müsəlmanlar qaçarkən, Məhəmmədi qoruyaraq xüsusi rol ifa etmiş və Məhəmməd də onun haqqında "Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur." demişdir.Ibn Al Atheer, In his Biography, vol 2 p 107 "لا فتی الا علي لا سيف الا ذوالفقار" Əli Xeybər döyüşündə müsəlman ordusuna başçılıq etmişdir. Bu döyüşdən sonra Məhəmməd ona ərəbcədən tərcümədə "Allahın aslanı" mənasını verən "Əsədullah" ləqəbini vermişdir. Əli 630-cu il Huneyn döyüşündə də Məhəmmədi müdafiə etmişdir.

İslam missiyası 610-cu ildən Məhəmmədə Quran nazil olmağa başlamışdır. Nazil olan surə və ayələri yazan vəhy katiblərindən biri də Əli olmuşdur. Bu zaman İslam Ərəbistan yarımadasında yayılmağa başlamışdır. Əli də yeni bir İslami nizamın qurulmasında yardımçı olmuşdur. 628-ci ildə Məhəmmədin əmri ilə Məhəmmədlə Qüreyş qəbiləsi arasında bağlanan Hüdeybiyyə sülh müqaviləsini Əli yazmışdır. 630-cu ildə Məhəmmədin əmrilə Məkkədə Quranın ərəb politeistlərindən bəhs edən ayələrini ictimaiyyət qarşısında oxumuşdur. 630-cu ildə Məkkənin fəthi zamanı Məhəmməd Əlidən fəthin qansız olacağı barədə zəmanət almışdır. Əli Məscidül-Həramı İslamdan öncəki politeist dinlərin əlamətlərindən təmizləmək üçün orada olan və Bəni Aus, Bəni Xəzrəc, Təyy kimi politeist tayfalara məxusus olan tanrı bütlərini sındırmışdır. 1 il sonra Əli İslamı təbliğ etmək üçün Məhəmməd tərəfindən Yəmənə göndərilmişdir.

Mübahilə hadisəsi