"Alban ölkəsinin tarixi", həmçinin "Alban tarixi" – mənşəcə qafqaz albanlarından olan tarixçi-salnaməçi Moisey Kalankatlının Cavanşirin sifarişiylə yazdığı əsər.
Alban ölkəsinin tarixi əsəri albanların tarixini, I-X əsrlər Qafqaz Albaniyasının və digər xalqlarınm tarixini öyrənmək baxımından son dərəcə qiymətli bir əsərdir. Alban ölkəsinin tarixi bir çox cəhətdən-sosial, iqtisadi, siyasi,dini-ideoloji, mədəniyyət, tarixi coğrafiya, Azərbaycanın etnogenezi problemi baxımından maraq doğurur.
Albaniyanın böyük tarixi
"Alban ölkəsinin tarixi" əsərinin adına ilk dəfə Ermənistan katolikosu Ananiya Mokatsinin (943-967) Xaçına gəlməsi ilə əlaqədar olaraq təsadüf edilir. Katolikos Xaçına 958-ci ildən az sonra Qagiq Albaniya katolikosu olarkən (948-962) gəlmişdi.X.Дадеан. Apapaт, 1896, cтp. 22-25H.Aкиньян. Moвсес Дасхуранци (по проэванию Каганкатваци) и его "История Агван". Андес Амсореа. Вена, 1953, стр.13-15. Qagiq xəbər verir ki, "elə əvvəldən olduğu "Ağvan tarixi"ndə yazıldığı kimi, ("orpes ev er i skzbane leal ev karqeal i patmutean Aquaniç") Müqəddəs Qriqori adından onu Albaniya katolikosu etmişdir.
Qagiq bu tarix kitabını yazmağa başlayanda eşitmişdi ki, Albaniya Ermənistandan qabaq xristianlığı qəbul etmişdir; ancaq Ermənistan katolikosu bunu yazmağa icazə verməmişdi. Ananiya demişdi ki, bu kitab səhih deyil, çünki "Albaniya – arxiyepiskopluq, Ermənistan isə – katolikosluqdur". "Tarix" təsadüfən erməni katolikosunun əlinə düşür və o tələb edir ki, "albanların xristianlığa qəbul olunması haqqında orada yazılıb bizə lazım olan (yəni bizə əlverişli olan), bizim görmək arzusunda olduğumuz məlumatı (zor sireak orum ev çanqordn eak tesutean) həmin "Tarix"dən tapsınlar". Sonra Ananiya bu tarixdən aşağıdakı parçanı oxudu: "Apostol Varfolomey və apostol Faddeydən 266 il sonra, Ermənistan padşahı Trdatın 17-ci ilində və Albaniya padşahı Urnayrın (hakimiyyəti günlərində) Surean Paxlav Arşakuni nəslindən olan erməni maarifçisi Müqəddəs Qriqori həmin apostollar tərəfindən taxta çıxarıldı; Ermənistan və Albaniya padşahları olan Trdat və Urnayr isə bu zaman hələ də bütpərəstlikdə qalmaqda davam edirdilər".H.Aкиньян. Moвсес Дасхуранци (по проэванию Каганкатваци) и его "История Агван". Андес Амсореа. Вена, 1953, стр.25
Lakin, bu hissə, "Ağvan tarixi"ndə yoxdur. Stepannos Orbelian eyni hadisələri təsvir edərək deyir ki, Ananiyanın məsləhəti ilə "Ağvan tarixi"nə son dərəcə diqqətlə əlavə edilmişdi ki, Albaniyada ilk yepiskop Albaniya padşahı Urnayrın xahişi ilə Ermənistan maarifçisi Müqəddəs Qriqori tərəfindən bu rütbəyə təyin olunmuşdu; onlar [albanlar] 440 il ərzində erməni taxt tacının müti benefısiyaları vəziyyətində qalmışdılar; Albaniya katolikosları ermənilərin əli ilə bu dini rütbəyə çatırdılar, çünki bu erməni [arxiyepiskopları]-patriarx, onlar [albanlar] isə – arxiyepiskop idi; bu vəziyyət Ermənistanın 25 katolikosunun hakimiyyəti ərzində, ta baş yepiskop Avraamadək [davam etmişdir].Степаннос Орбелиан. Патмут'ивн Сисакан, стр. 279Histoire de la Siounie..., p. 161.
Bu parça (əlavə izahatla birlikdə) "Ağvan tarixi"ndə Moisey Kalankatlı, I, XI,XXXXVIII verilmişdir: lakin bütün bunlar "Ağvan tarixi"nə əlavə edilmiş uydurma və qondarmadan başqa bir şey deyildirZ. M. Bünyadov- Azərbaycan VII – IX əsrlərdə, Bakı, 2007. Ananiya "Tarix"in mətnində oxumamışdı ki, (Kalankatlı, II, 47) "Albaniya patriarx taxt-tacı ermənilərinkindən qabaq təsis edilmişdi və bizimlə [ermənilərlə] həmfikir idi". Sonralar "Ağvan tarixi"nin adı, Uxtanesin X əsrin sonlarında tərtib edilən "Gürcülərlə ermənilər arasında kilsə əlaqələrinin kəsilməsi tarixi" əsərində çəkilir. Bu əsərdə həqiqətən mətnlər uyğun gəlir.
Uxtanes 60-cı fəsildə yazır ki, öz mətnini o, "başqa bir tarixdən (iyaylme patmutene)" götürmüşdür, həm də Uxtanesin mətni "Ağvan tarixi"nin 47-ci fəslinin II hissəsi ilə kəlmə-kəlmə düz gəlir: burasını da qeyd etmək lazımdır ki, "Ağvan tarixi"ndə Avraamın məktubunun təkcə şərhi verildiyi halda, Uxtanes həmin məktubu daha tam şəkildə sitat gətirir Uxtanes, 70-ci fəsil. Bu isə yalnız onu göstərir ki, Uxtanes eyni mənbədən daha tam şəkildə istifadə etmişdir.
Uxtanesin 65-ci fəsildə qeyd etdiyi bəzi təfərrüatlar "Alban tarixi"ndən "i patmutene ivreanç (daha düzgünü aquaniç)", yaxud "alban tarixçilərindən (patmaqraçn aquaniç)" götürülmüşdür. Çox ehtimal ki, bu təfərrüat "Ağvan tarixi"nin II hissəsinin 48-ci fəslindən deyil, I hissəsinin 6-cı fəslindən götürülmüşdür. Yenə də aydın olur ki, Uxtanes də, Moisey Kalankatlı da eyni bir mənbədən istifadəetmişlər. XIII əsr müəllifi Stepannos Orbelianın əsərinin 25 və 26-cıfəsillərində "Ağvan tarixi"ndən danışması həmin tarixin müvafiq yerlərinin birbaşa öz əsərinə köçürülməsindən başqa bir şey deyildir;onun 25-ci fəsli isə tamamilə "Ağvan tarixi"nin "orta (ikinci)hissəsini" xatırladır.Степаннос Орбелиан. (ТИФЛИС, XXV, стр. 90-100): "Агуаниц Патмут’эани мижин хатори".Histoire de la Siounie..., p. 63.
"Ağvan tarixi"nin tərtib edildiyi təxmini vaxtı göstərən ilk tarixçi Mxitar Anetsi Мхит’арай Анецвой патмут’ивн, изд. К.П.Патканова СПБ., 1879, стр. 15 olmuşdur. O, "Ağvan tarixi"nin Sebeosla (VII əsr) Gevond (VIII əsr) arasında yazıldığını qeyd edir. Lakin Şapux Baqratunidən başlayaraq həmin tarixin Sebeosdan da qabaq olduğunu göstərirlər. Lakin "Ağvan tarixi" öz məzmununa görə orta əsr mənbələri sırasında başqa bir mövqe tutmalıdır.
Müəllifi
Bir qayda olaraq, "Ağvan tarixi"nin müəllifliyi iki Moiseyə Kalankatuklu və Moisey Dasxuranlıya isnad edilir. Lakin indiyədək bu məsələ qəti həll edilməmişdir; çünki həmin "Tarix"in müəllifinin, yaxud müəlliflərinin adı barəsində bir söz deyən olmamış, bu haqdakı mülahizələr isə son dərəcə ziddiyyətli olmuşdur. Bu barədə deyilən fıkirlər əsas etibarilə salnamənin öz mətninə əsaslanır; orada deyilir: "Kalankatuk kəndi həmin Uti vilayətindədir ki, mən özüm də oradanam".История Агван, стр. 106/84 A.Y.Manandyan belə hesab edir ki, müəllifin "Kalankatuklu" təxəllüsü salnamənin mətninin yanlış şərh edilməsi nəticəsində sonrakı müəlliflər tərəfindən uydurulmuşdur, odur ki, A.Y.Manandyan müəllifi 'Utili Moisey" deyə adlandırır.H.Manandean. Beitrage zur albanischen Geschichte. Leipzig, 1897, p. 22. Bu ənənəyə riayət edən M.Abeqyan belə güman edir ki, salnamənin müəllifı "özünün yazdığı kimi, Uti vilayətindəki Kalankatuk kəndindən olan"М. Абегян. История древнеармянской литературы, стр. 521 Moiseydir.
İlk dəfə Kalankatuklunu (Aqvanits) "Tarix"in müəllifi adlandıran Mxitar AyrivanlıМхит‘арай Айриванецвой Патмут'ивн Хайоц, изд. Эммина, М., 1860, стр. 23, 57Histoire chronologique par Mkhithar d'Alrivank, p. 25. 88. olmuşdur. Həm Mxitar, həm də ondan sonra gələn müəlliflər Kalankatuklunu "Tarix"in hər üç hissəsinin müəllifi hesab edirlər. Bu cəhətə diqqət yetirən K. Patkanov yazır ki, "əgər erməni müəlliflərindən biri "Alban tarixi"nin iki kitabdan ibarət olduğunu demiş olsaydı, mən onun müəllifinin VII əsr tarixçisi olduğunu qəbul edərdim, çünki "Tarix"in üçüncü hissəsi, şübhəsiz, X əsrin əsəridir".K. P. Patkanovun "Ağvan tarixi"nə müqəddiməsi, səh. VII-IX Salnamədə şərh edilən VII əsrə aid hadisələr bunların şahidi olan bir şəxsin dilindən nəql edilir ki, bu da Mətndarın 667 (1855) nömrəli əlyazmasının sonundakı əlavədən aydın görünür: "Bu tarix erməni təqviminin 74-cü ilində (eramızın 625-ci ili), vardapet Moisey Kalankatuklu tərəfindən yazılmış "Ağvan tarixi" adlanan surətdən köçürülmüşdür" . Lakin buna baxmayaraq, Z.İ.Yampolski haqlı olaraq göstərir ki, həmin qeyd "Moisey Kalankatuklu adının səhih məlum olduğu" haqqında şübhəni də əsla aradan qaldırmır. И.Ямпольский. К изучению Летописи Кавказской Албании, стр. 150 "Tarix"in ən qədim əlyazması 1279-cu ilə aiddir.K.P.Patkanovun "Ağvan tarixi"nə müqəddiməsi, səh. :V Buna görə də də onun müəllifinin – VII əsr hadisələrinin şahidi olan Moisey Kalankatuklu adının səhihliyi yalnız Mxitar Ayrivantsinin şəhadətinə əsaslanır. Həmin adamın əsil adı isə bizə məlum deyildir. "Tarix"in ikinci müəllifi və Moisey Kalankatuklu davamçısı olan adamın da adı yenə Moisey olaraq göstərilir. Mxitar Qoşun (Kirakos Gəncəlinin müəllimi) şagirdi vardapet Vanakan bu ikinci Moiseyin təxəllüsü məsələsini aydınlaşdırır. O, "Ağvan tarixçisi kimdir?" – sualına özü cavab verib deyir: "Moiseydir, özü də Dasxurranlı kəndindəndir.Г.Алишан. Хайапатум, патмут'ивн хайоц, стр. 175Т.И.Тер-Григорян. К вопросы об "Истории страны Албанской Моисея Каганкатваци", л. 90
Beləliklə, təsdiq olunur ki, iki Moisey olmuşdur. Mxitar Qoş yazır ki, "Tarix"in müəllifi Moisey Dasxuranlıdır və o, "alban sülaləsi haqqında mükəmməl hesabat yazmışdır" Мхитар Гош. Албанская хроника, стр. 8C.J.F.Dowsett. The Albanian Chronicle of Mkhitar Gosh. BSOAS, XXl/3, 1958, p. 476. Kirakos Gəncəli Moisey Kalankatuklunu X əsr müəllifi hesab edir .К.Гандзакеци. История, стр.15. N. Akinyan son məlumata əsaslanaraq bu nəticəyə gəlmişdir ki, "Tarix"in müəllifi yalnız bir Moisey olmuşdur. O yazır ki, "XII və XIII əsrlərdə tarix oxucuları bu naməlum müəllifin kim olduğunu bilmək istədikdə, təbii olaraq, belə bir nəticəyə gəlirdilər ki, alban tarixçisi yalnız Albaniya katolikosudur. Əgər belədirsə, onda həmin tarixçi sonuncu katolikos Moisey ola bilər" N.Akinyan, səh. 30. . Ç. Dovsett belə hesab edir ki, "Kalankatuklu təxəllüsü Kalankatukdakı Moisey monastırının adından götürülmüşdür. Dasxuran isə onun doğma kəndidir. Beləliklə, belə bir nəticəyə gəlinir ki, Moisey Kalankatuklu və Moisey Dasxuranlı eyni bir adamdır"C.J.F.Dowsett. The Albanian Chronicle of Mkhitar Gosh. BSOAS, XXI/3, 1958, p. 476. Lakin sonralar Ç. Dovsett Dasxuranlı təxəllüsünə üstünlük üstünlük verir.History, p.XIX T.İ.Ter-Qriqoryan bu fikirdədir ki, "Tarix"in müəllifi ikidir: biri VII əsrə qədər baş vermiş hadisələri təsvir edən, daha doğrusu, Tarix"in ilk iki hissəsinin müəllifi olan Moisey Kalankatlı, biri də ona üçüncü hissəni əlavə edən Moisey Dasxuranlı".T.İ.Ter-Qriqoryan. К вопросы об "Истории страны Албанской Моисея Каганкатваци, vər. 91.
Z.İ.Yampolski "Tarix"in N.Akinyan və Ç.Dovsettin hesab etdikləri kimi eyni bir Moisey (Kalankatuklu – Dasxurantlı) tərəfindən tərtib edildiyi, yaxud Moisey adlı iki başqa-başqa müəllif olduğu məsələsindən bəhs edərək yazır ki, gətirilən dəlillər həqiqətdən uzaqdır, çünki bu vaxta qədər "Tarix"in tədqiqatçılarından heç biri əsərin əvvəlinə yaxşı diqqət yetirməmişlər. Halbuki əsərin əvvəli onun müəlliflərinin adını dəqiq göstərir Z.İ.Yampolski. Sitat gətirilən əsəri, səh. 150 . Z.İ.Yampolski "Tarix"in VII əsrədək məlumat olan hissəsinə istinad edir və deyir ki, həmin hissədə hadisələrin şahidi olan adamın belə bir qeydi vardır. "Bu sözləri yazan mən, Adrian siz oxuculardan xahiş edirəm ki, mən həqiri xatırlayasınız" .История Агван, стр. 98/72. Z.İ.Yampolskinin fikrincə, yazının üzünü köçürən adam "Tarix"in ilk fəsillərindən birinə Adrianın sözlərini heç cür artıra bilməzdi: deməli, Adrian "Tarix"in ən mötəbər müəlliflərindən biridir.Z.İ.Yampolski. Sitat gətirilən əsəri, səh. 150-151. Z.İ.Yampolski öz nəticəsini əsaslandırmaq üçün Adrianın özü haqq hissədən yuxarıda gətirdiyimiz ifadəni xatırladır: "Kalankatuk kəndi həmin Uti vilayətindədir ki, mən özüm də oradanam"(i nminy Uti qavari yorme ev es) və sonra da "bizim Albaniya ölkəsində".История Агван, стр. 93/70.