Veysyarv gölü () — Estoniyanın cənubunda yerləşən kiçik göl. Göl düzənlik ərazidə yerləşir. İnzibati baxımından Estoniyanın Vilyandima qəzasının Tarvastu volostuna daxildir.

Yerləşməsi Veyosyarv gölü Vırtyarvs su toplayıcı hövzəsinə, Şərqiestoniya sutoplayıcı dairəsinə daxildir. Göl Karksi-Nuya şəhərindən 10 km şərqdə, 96 m dəniz səviyyəsindən yuxarıda yerləşir. Göl yaxınlığında Veyosyarve və Miyaekyula kəndləri vardır.

Su tutarının akvatoriyası Rubina qoruğu ərazisinə daxildir (Rubina looduskaitseala)Keskkonnaregistri avalik teenus. Rubina looduskaitseala . Keskkonnainfo. register.keskkonnainfo.ee.. Göldə adi ilişkən balığı () yayılmışdır.

Təsviri Veysyarv gölünun suyunun sərtliyi orta ağırdır. Limnoloji tipologiyasına görə sərt sulu göldür. 1950-ci illərdə göldə aparılan tətqiqatlar zamanı gölü hidrokarbonatlı göllər sinfinə daxil etmişlər. Minerallaşma 238,4 ilə 94,4 mq/lРеферативный журнал геофизика, Выпуски 5–8. 1957 arasında dəyişir. Mezohumuslu göllər siyahısına daxildirРеферативный журнал: Химия, Выпуски 11–12. 1962.

Gölün ümumi sahəsi 481,1 ha-dır (Estoniyanın sahəsinə görə 8-ci ən böyük su tutarı və 7-ci ən böyük gölüdür). Gölün uzunluğu — 3450 metr, eni — 1760 metrdir. Gölün ən dərin hissəsi 4 m, orta dərinliyi 1,3 metrdir. Sahil xəttinin uzunluğu isə 9048 m-dir. Su toplayıcı sahəsi 26,1 km² bəradərdir. Suyunun dəyişməsi ildə bir dəfə baş verir.

Gölün şərq sahilləri nisbətən hündürdür. Burada quru tarlalar yerləşir. Qərb hissəsi isə bataqlıqlaşmışdırTartu ülikooli juures oleva Loodusuurijate seltsi Aruanded. 1930. Göl şimaldan Yiski kanalına birləşir (Jõksi kraav)Keskkonnaregistri avalik teenus. Jõksi kraav . Keskkonnainfo. register.keskkonnainfo.ee.. Cənub hissəsindən isə Ixne çayı (Õhne jõgi)Keskkonnaregistri avalik teenus. Õhne jõgi . Keskkonnainfo. register.keskkonnainfo.ee. başlayır. Sonradan isə Vırtcyarv gölünə tökülür.

Göldə adi külmə, adi durnabalığı, çay sufu, qızılüzgəc, çapaq, adi xanı balığı və çay angvili kimi balıqları müşahidə etmək olar. Veyosyarv gölündə çapaq balıqları sürətli artıma malikdirОсновы биопродуктивности внутренних водоёмов Прибалтики. 1975.

İstinadlar

Mənbə Keskkonnaregistri avalik teenus. Veisjärv. Keskkonnainfo. register.keskkonnainfo.ee. Eeesti järvede nimestik. Looduslikud ja tehisjärved . — Tallinn, 2006. ISBN 978-9985-881-40-8

Kateqoriya:Estoniya gölləri