Əlaəddin məscidi () — Türkiyənin Konya şəhərində yerləşən qədim tarixi tikili. Məscid Əlaəddin təpəsində yerləşir. Məscid həm də bir çox Konya sultanlarının dəfn yerdir.

Tarixi thumb|200px|left|Əlaəddin Cami (1849) Konyanın Səlcuqlular tərəfindən ələ keçirildikdən sonra Bizans arxitekturasına aid bir çox tikililər məscidə çevrilmişdir. Əlaəddin məscidi də Bizans tikilisi olmuşdur. Bu tikilidə ilk yenilənmə işləri 1150-ci ildə sultan I Maqsudun dönəmində aparılmışdırKonya, The Grove Encyclopedia of Islamic Art and Architecture, Vol.2, (Oxford University Press, 2009), 391. Məscidin minbəri ebendən hazırlanmışdı. Bu isə Anadolu türklərinin qədim incəsənət nümünələrindən sayılır. Bu minbər 1155-ci ildə hazırlanmışdırScott Redford, The Alaeddin Mosque in Konya Reconsidered, Artibus Asiae, Vol. 51, No. 1/2, 1991. Kafella bəzədilmiş mehrab və mərkəzi günbəz də o dönəmə aiddir. Məsciddə bərpa və genişləndirmə işləri 1219-ci ildə I Keykavusun dönəmində yenidən aparılmışdır. Onun dönəmində şəhər və sultanların sarayına baxan monenenal fasad işlənilir. Burada mərmərdən sultanlara aid türbələr inşa edilir. Ancaq Key-Kavusun ölümü işləri yarımçıq qoymuşdur. Bu işlər yenidən I Key Qubadın dönəmində davam etdirilir. 1235-ci ilə əsas zalda 42 kolonna qurulur. Uzun zaman məsciddə təmir işləri aparılmır. 1891-ci ildə burada minarə inşa edilmişdirArchitecture, The Grove Encyclopedia of Islamic Art and Architecture, Vol.2, (Oxford University Press, 2009), 117.

Məsciddə dəfn edilmiş Konya sultanları thumb|200px|left|Məqbərə

I Maqsud II Qılınc Arslan Rukəddin Süleyman Şah I Key Xosrov I Key Qubad II Key Xosrov IV Qılıç Arslan III Keyxosrov

Bununla yanaşı Key Qubadın dönəmində burada bir türbə inşa edilmişdir. Hazırda bu tikili Adsız Türbə kimi tanınır. Burada indidə dəfn olunanların adı dəqiq məlum deyildir.

İstinadlar

Mənbə «ArchNet» Əlaəddin Camisnin 3D-modeli

Qalereya

Kateqoriya:Türkiyədə səlcuq məscidləri Kateqoriya:Konya məscidləri Kateqoriya:Günbəzli məscidlər Kateqoriya:İslam Kateqoriya:Türkiyədəki keçmiş kilsələr