Hippuritlər (Hippurites) - rudistlər dəstəsindən (Pachyodonta) olan ikitayqabıqlı molluskların cinsi. Qabığın ölçüsü bəzən 1 m-ə çatır. Uzunsov — konusvari və ya hətta silindrik sağ tay substrata, azqabarıq və yastı sol tay isə uzun-yoğun dişli qapaq şəklində olub, sağ tayı örtürdü. Kilid paxiodont tiplidir. Aralıq dənizi paleocoğrafi vilayətinin gec təbaşir dənizlərinin dayaz zonalarında məskunlaşmışdır. Hippuritlər mərcanlarla birlikdə orqanogen qurumlar əmələ gətirmişdir.

Həmçinin bax İkitayqabıqlı molluskalar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679

Kateqoriya:Geologiya terminləri