Hortonolit — mineral, (Fe, Mg)2[SiO4]

Haqqında Hortonolit — Olivinin forsterit-fayalit (Fa) izomorf sıranın aralıq üzvü. Tərkibində 51–70% Fa, habelə Mn, Ni, Ti qatışıqları olur. Habitus prizmatik, lövhəvari, izometrik. Aqreqat dənəvər. Rəngi sarımtıl-bozdan qarayadək. Parıltısı şüşəli. Xüsusi çəkisi 3,6–4,0. Hortonolit dunitlərini təşkil edir. Qabbro və traplarda tapılır. Növ müxtəlifliyi: ferrohortonolit (71–90% Fa).

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər Kateqoriya:Silikatlar (minerallar) Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Dəmirin mineralları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış minerallar Kateqoriya:Rombik sinqoniya mineralları