Sivə (, ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir. Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir.

Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər. Ərazi tarixən Qədim Liviyanın ərazisindədir.

Coğrafiya Sivə oazisi Kəttarə çökəkliyində yerləşir. Oazis dəniz səviyyəsindən 19 metr aşağıdadır. Məntəqənin qərbində Cağbub oazisi yerləşir.

Adı Oazisin Qədim Misir dilindəki adı Sext-am, yəni palma torpağıdır. Erkən ərəb coğrafiyaşünaslar ərazini Səntəriyyə adlandırıblar. Oazisin müasir adı olan Sivə XV əsrdə yaranmışdır. Sözün etimologiyası qeyri-müəyyəndir.

İqtisadiyyat Müasir Sivədəki əsas məşğuliyyət kənd təsərrüfatıdır. Son illərdə turizm məntəqənin əsas gəlir mənbəyi olmuşdur.Can a Desert Oasis Lead the Way to Sustainable Eco-Tourism in Egypt? Wharton School of the University of Pennsylvania, Mar 01, 2010.

Qalereya

İstinadlar

Biblioqrafiya , de Vincent Battesti, in Benfoughal T. et Boulay S. (dirs), Journal des Africanistes, Sahara : identités et mutations sociales en objets, Paris, Sociétés des Africanistes, 2006, Tome 76, fascicule 1, pp. 165–85. Frank Bliss, 'Siwa – Die Oase des Sonnengottes. Leben in einer ägyptischen Oase vom Mittelalter bis in die Gegenwart'. Bonn 1998'. Frank Bliss, 'Artisanat et artisanat d’art dans les oasis du désert occidental égyptien'. Veröffentlichungen des Frobenius-Instituts, Köln 1998. , de Vincent Battesti, in Battesti V. et Puig N. (dirs) Égypte/Monde Arabe, Terrains d’Égypte, anthropologies contemporaines, n° 3, 3e série, 1er semestre 2006, Le Caire, Cedej, pp. 139–79. Alain Blottière, L'Oasis, éditions Quai Voltaire, Paris, 1992. Pocket edition : éditions Payot, "Petite Bibliothèque Voyageurs", Paris, 1994.). Margaret Mary Vale, 'Sand and Silver: Jewellery, Costume and Life in the Oasis of Siwa', London, 2011. Western Desert Maps

Xarici keçidlər

\Sivə oazisi barədə səyahət məlumatları Siwa oazisi – Qeyri-adi Aleyn Bloteyrin Sivə barədə olan səyahət kitabçası Sivə oazisinin şəkil qalereyası

Kateqoriya:Misir şəhərləri Kateqoriya:Misirdə turizm Kateqoriya:Makedoniyalı İsgəndər