Nikolay Kostantinoviç Baybakov () — sovet dövlət xadimi və neftçisi, Sosialist Əməyi Qəhrəmanı (1981).

Həyatı Nikolay Konstantinoviç Baybakov 1911-ci il mart ayının 7-də Bakı şəhərinin Sabunçu qəsəbəsində dəmirçi ailəsində anadan olmuşdur. O, 1932-ci ildə Azərbaycan Neft İnstitutunu bitirərək Bakı neft mədənlərində mühəndis kimi əmək fəaliyyətinə başlamışdır.

Nikolay Baybakov 1935-ci ildə ordu sıralarına çağırılmış, 1937-ci ildə ordudan tərxis olunduqdan sonra yenidən Bakının neft mədənlərinə qayıdaraq burada böyük mühəndis, baş mühəndis və trest müdiri vəzifələrində çalışmışdır. O, 1938-ci ildə "İkinci Bakı" adlanan neftçıxarma rayonlarının işlənilməyə başlanması ilə əlaqədar Rusiya Federasiyasının Kuybışev şəhərində "Şərq neft hasilatı" Birliyinin müdiri vəzifəsinə təyin edilmişdir.

Nikolay Baybakov 1940-cı ildən SSRİ xalq neft sənayesi komissarının müavini, 1944-cü ildən komissarı, 1946–1948-ci illərdə SSRİ-nin cənub və qərb rayonları neft sənayesinin naziri, 1948–1955-ci illərdə SSRİ neft sənayesi naziri, 1955–1957-ci illərdə SSRİ Nazirlər Soveti Dövlət Plan Komitəsinin sədri, 1957–1958-ci illərdə RSFSR Dövlət Plan Komitəsinin sədri, 1958–1963-cü illərdə Krasnodar, sonra Şimali Qafqaz iqtisadi rayonları xalq təsərrüfatı şuralarının sədri, 1963–1964-cü illərdə SSRİ Dövlət Plan Komitəsi yanında Dövlət Kimya Komitəsinin sədri, 1964–1965-ci illərdə isə Dövlət Neftçıxarma Komitəsinin sədri vəzifələrində çalışmışdır. O, 1965-ci ildən 1985-ci ilə qədər SSRİ Dövlət Plan Komitəsinin sədri — SSRİ Nazirlər Soveti sədrinin müavini işləmiş, bu vəzifədən azad edildikdən sonra 1988-ci ilədək SSRİ Nazirlər Soveti yanında dövlət müşaviri olmuşdur.

Təqaüdə çıxdıqdan sonra Nikolay Baybakov müxtəlif qurumlarda ictimai əsaslarla fəaliyyət göstərmiş, o cümlədən Rusiya Neft və Qaz Universitetinin Qəyyumlar Şurasının fəxri prezidenti, energetika-yanacaq sektoru ilə bağlı müxtəlif assosiasiya və fondların rəhbəri, Rusiya–Azərbaycan Dostluğu Cəmiyyətinin sədri işləmişdir.

Nikolay Baybakov Sov.İKP-nın altı qurultayında Partiya MK-nin üzvü seçilmiş, səkkiz çağırış SSRİ Ali Sovetinə Azərbaycan SSR-dən deputat seçilmişdir.

Baybakov N. K. Sosialist Əməyi Qəhrəmanı, "Lenin" mükafatı laureatıdır. O SSRİ EA-nın fəxri akademiki, fəxri titul və adların sahibidir. 6 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni, "Oktyabr inqilabı" ordeni, müstəqil Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenləri ilə, SSRİ-nin və xarici dövlətlərin bir çox medalları ilə təltif olunmuşdur. Onun adı teploxoda verilmişdir.

Nikolay Baybakov 31 mart 2008-ci ildə vəfat etmişdir.

Elmi fəaliyyəti Onun bilavasitə rəhbərliyi ilə Volqa, Ural və xüsusən Qərbi Sibir regionlarında neft-qaz hasilatının əsas bazasının yaradılmasının təşkili və eləcə də neft hasilatının artırılması istiqamətində qabaqcıl texnologiyaların tətbiqi sahəsində aparılmış işlər təqdirəlayiqdir. Neft-qaz yataqlarının yeni üsullarla işlənilməsi, neft emalı və neft kimyası sənayesinin inkişaf etdirilməsi ilə bağlı uğurlu proqnozları Nikolay Baybakovun elmi və praktik fəaliyyətinin əsasını təşkil etmişdir.

Nikolay Baybakov neft sahəsində bir sıra təkliflərin, o cümlədən "Baybakov üsulu"nun müəllifidir. O, 1966-cı ildə doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru elmi dərəcəsi almışdır. Rusiya Elmlər Akademiyasının fəxri üzvü olan Nikolay Baybakovun neft-qaz yataqlarının işlənilməsinə dair 200-dən artıq elmi əsəri çap olunmuşdur.

Xatirəsi 2017-ci ildə Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin ərazisində Nikolay Baybakovun büstü qoyulmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:İkinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:SSRİ iqtisadçıları Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər Kateqoriya:RSFSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Azərbaycan SSR-dən olan deputatları