thumb|right|250px|Dominikanın xəritəsi Dominika (ing. Dominica) və ya rəsmi adı ilə Dominika Birliyi (ing. Commonwealth of Dominica) — Karib dənizində ada-dövlət. Dominika Kiçik Antil adalarındakı Dominika adasında yerləşən mikrodövətdir. Dominikanın şimal-qərbində Qvadelupa, cənub-şərqində Martinika əraziləri yerləşir. Paytaxtı və ən böyük şəhəri Rozo, ümumi sahəsi 750 kvadrat kilometr, əhalisinin sayı 71 min nəfərdir. Ada-dövətin ən yüksək nöqtəsi 1444 m-lə Morn Diablotindir. Dominikanı 1493-cü ildə Xristofor Kolumb kəşf etmişdir. Dominika 1768-ci ildən etibarən Böyük Britaniyanın müstəmləkəsi olmuşdur. 1978-ci ilin noyabrın 3-dən etibarən isə müstəqil dövlətdir.

Mənbə

Kateqoriya:Ada dövlətlər Kateqoriya:Unitar dövlətlər Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Millətlər Birliyinə üzv dövlətlər Kateqoriya:Şəhər-dövlətlər Kateqoriya:Vulkanik adalar Kateqoriya:Unitar respublikalar