5+ situasiyalı komediya serialı rejissor Xanlar Ağayev tərəfindən 2014–2015-ci illərdə çəkilmişdir. Serial Azad Azərbaycan Televiziyasında istehsal edilmişdir. Situasiyalı komediya serialında dörd uşaqlı bir ailədə baş verən komik hadisələrdən bəhs edilir. Serialda əsas rolları Rəcəb Quliyev, Nicat Ələsgərov, Toğrul Rza, Vüsalə Yüksel Tağıyeva,Səid Məmmədov,Leyli Məcidova,Fərid Məmmədov, Əliqulu Səmədov və Almaz Mustafayeva ifa edirlər.

Məzmun Situasiyalı komediya serialında dörd uşaqlı bir ailədə baş verən komik hadisələrdən bəhs edilir. Ata İsmayıl (Toğrul Rza), ana Seva (Vüsalə Yüksel Tağıyeva), nənə (Dilarə Fərəcullayeva), baba (Əliqulu Səmədov), böyük oğul Şükür (Rəcəb Quliyev), ortancılı Nihat (Nicat Ələsgərov), ondan kiçik olanı Mələk (Leyli Məcidova) və ən kiçiyi Adelya (Adelya Osmanova) serialın əsas obrazlarıdır. Şükür futbol həvəskarıdır, Nihat tez-tez aşiq olur, Mələyin öz aləmi var, Adelya isə hələ təzə-təzə yeriyir. Günlərin bir günü ana nəhayət işləmək qərarına gəlir və uşaqlara baxmağı ataya tapşırır. Beləliklə, ilk seriyada komik situasiyalar yaranmağa başlayır. Baba ilə nənə isə bütün başqa baba və nənələrdən çox fərqlidirlər. Hadisələr əsasən evdə cərəyan verir.

Film haqqında Serial Azərbaycan kinosu tarixində ilk uşaq serialıdır.

Filmin üzərində işləyənlər

Ssenarist: Cavid Osmanov, Vüsalə Yüksel Tağıyeva, Zəhra Rüstəm-Osmanova Rejissor: Xanlar Ağayev Operator: Nadir Mehdiyev Prodüser: İlqar Fətiyev Rəssam: İlham Bağırzadə, Xəzər Nəbiyev Səs operatorları: Ceyhun Aslanlı, Həsən Ağayev Rollarda

Rəcəb Quliyev — Şükür Nicat Ələsgərov — Nihat Toğrul Rza — İsmayıl Vüsalə Yüksel Tağıyeva — Seva Leyli Məcidova — Mələk Əliqulu Səmədov — baba Almaz Mustafayeva — Safura Kamran Yunis — əsas məşqçi Ramin Şıxəliyev — məşqçi Dilarə Fərəcullayeva — nənə

Mənbə

Azad Azərbaycan Televiziyası

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı 2014-cü ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2014-cü ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər