Vaqif Gülmurad oğlu Ramazanov () Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin faydalı qazıntılar kafedrasının professoru, geologiya-mineralogiya elmləri doktoru.
Həyatı Ramazanov Vaqif Gülmurad oğlu 1944-cü ildə Siyəzən rayonunun Sağlovcan kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini bitirib, mühəndis geoloq ixtisasına yiyələnmişdir. 1970-ci ildə Azərbaycan Nazirlər Sovetinin nəzdində olan Geologiya İdarəsi sistemində Kəlbəcərdə əmək fəaliyyətinə başlamışdır. 1970–1978-ci illərdə Kəlbəcərdə qızıl, civə, sürmə və mis yataqlarının axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur. 1978–82-ci illərdə AEA-nın Geologiya İnstitutunun Geofizika Elmi Mərkəzində şöbə müdiri vəzifəsində işləmişdir. 1981-ci ildə "Kəlbəcər çöküntülərinin endogen filiz əmələ gəlmələri və onların yerləşməsi qanunauyğunluqları" mövzusunda dissertasiya müdafiə edərək giologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1993-cü ildə "Azərbaycanın mis-porfir formasiyası" müvzusunda doktorluq dissrtasiyasını müdafiə etmişdir. V. Ramazanov 4 ildən çox bir müddətdə Azərbaycan Ali Atestasiya Komissiyasında ekspert işləmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elmi şurasının üzvü olmuşdur. 10 ildən çox BDU-da doktorluq müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın elmi katibi olmuşdur. Geologiya fakültəsində elmi şurasının və "Bilgi dərgisi" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr
Əmək fəaliyyəti Geologiya İdarəsi, MEA Geologiya İnstitutu Geofizika EM, "AIMROC" şirkəti, BDU-da işləyib.
1982–2014-cü illərdə BDU-da Faydalı qazıntılar kafedrasında çalışıb.
Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı, riyazi geologiya, litosfer tavaları tektonikası və filizəmələgəlmə dərsləri üzrə mühazirələr deyirdi.
119 məqalənin, 6 monoqrafiyanın, 9 kitabın müəllifidir. Yetişdirdiyi elimlər namizədlərinin və doktorların sayı 9 nəfərdir.
Təcürbələr və elmi yenilikləri Kiçik Qafqazın nəcib və əlvan metal yataqlarının geoloji quruluşu, bir sıra genetik problemləri, əmələ gəlmə şəraitləri, yerləşmə qanuna uyğunluqları, proqnozlaşdırılması, axtarışı və kəşfiyyatı.
Tədqiqat sahəsi Endogen filizəmələgəlmə problemləri, filiz yataqlarının geologiyası, proqnozlaşdırılması, axtarışı va kəşfiyyatı.
Seçilmiş əsərləri 2005 — Çovdar qızıl sahəsinin geoloji-struktur şəraiti. BDU xəbərləri, N2. 2005 — Çovdar filiz sahəsinin geoloji quruluşu və əmələgəlməsinin struktur şəraiti. AMEA, Xəbərlər, N4. 2006 — Murovdağ filiz rayonunuu geoloji öyrənilməsinin təhlili və perspektivliyinin qiymətləndirilməsi. Bilgi dərgisi,1–2. 2007 — Azərbaycanın mineral-xammal resursları və onların istifadə perspektivləri. Moskva, Qornıy Jurnal s. 14–19. 2007 — Gədəbəy filiz rayonu mis-porfir yataqlari filiz-maqmatik sistemləri modelinin geoloji-geofiziki və geokimyəvi əsasları Akad. M. Ə. Qaşqayın 100 illik yubileyinə həsr olunmuş Elm Sesiyanın materialları, Bakı, 58–84 səh.
Kitablar 1990 — Mis-molibden porfir yataqları, Bakı, Azərnəşr, 375 s. 1991 — Riyazi statistikanın geologiyada tətbiqi, Bakı, BDU. 1995 — Əfqanıstanın metallogeniyası, Bakı. Faydalı qazıntıların sınaqlaşdırılması və ehtiyatın hesablanması praktikumu 2001 — Azərbaycanın qızıllı səpintiləri, Bakı, Naftapress. 2003 — Azərbaycanın qızılı (rus dilində), Azərbaycan Milli Ensiklopediyasında Nəşriyyat-Poliqrafiya Birliyi, 424 s. 2004 — Azərbaycanın barit qurşağı, Bakı, Adiloğlu, 244 s. 2005 — Azərbaycanın mineral-xammal resursları, Bakı, Ozan, 808 s. 2006 — Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı (dərslik), BDU.
Həmçinin bax Ramiz Məmmədov
Musa Məmmədov
Cəbrayıl Azadəliyev
Xarici keçid Vaqif Ramazanov
İstinadlar Kateqoriya:1944-cü ildə doğulanlar Kateqoriya:Siyəzən rayonunda doğulanlar Kateqoriya:Geologiya-mineralogiya elmləri doktorları Kateqoriya:AMEA Geologiya və Geofizika İnstitutunun alimləri Kateqoriya:Azərbaycan geoloqları