Elektron aviabilet — İnternetdən axtarış edilib alınan və, bu prosəsin tamamının elektron ortamda kəçirilməsi ilə alınmış, elektron formada qəbz / çıxarış ilə təqdim olunan aviabiletlər elektron aviabilet və ya digər adı ilə e-ticket adlanır. Elektron aviabilet, hava nəqliyyatında sərnişin və ya yük daşınması üçün bağlanmış müqavilənin elektron sənədidir. Bu elektron qəbz, özündə marşrut haqqında dolğun informasiyanı – biletin qiyməti, uçuş tarixi və saatı, səyahəti təşkil edəcək aviaşirkət, yük daşıma şərtləri və s. məlumatları tam ehtiva edir.
Bundan başqa bir çox mobil telefonlar, elektron aviabiletləri başa düşərək avtomatik təqvimə əlavə edir və uçuşa bir neçə müddət qalmış alıcını xəbərdar edir. Məhz bu kimi üstünlükləri ilə, elektron aviabiletlərin, kağız aviabiletlərə nəzərən itməsi imkansızdır.
Kateqoriya:Aviasiya terminləri Kateqoriya:Mülki aviasiya Kateqoriya:Hava nəqliyyatı