Qanunvericilikː Obyektiv hüququn əks etdirilməsinin zahiri forması. Hakim sinfin (ümumxalq dövlətində bütün xalqın) iradəsini ifadə edən və rəsmən ümumi – məcburi qaydalarda möhkəmləndirilən aktlar. Qanunverici orqanın əsas fəaliyyət növü, dövlət qanunlarının işlənməsi, hazırlanması və qəbulu. İctimai, iqtisadi, mülki münasibətləri tənzimləyən ölkədə fəaliyyət göstərən qanunların məcmusu. Dövlətin öz funksiyalarını həyata keçirməsində əsas metodlardan biri; dövlət hakimiyyəti orqanlarının qanunlar verməsindən ibarətdir.
İstinadlar
Ədəbiyyat H.Qurbanov. Qanunvericilik texnikası. Tam mətn. Metafizika Jurnalı, p-ISSN 2616-6879; e-ISSN 2617-751X Cild 5, Say 4, Sıra 20, 2022. ss.129-139
Kateqoriya:Qanunverici orqanlar Kateqoriya:Növlərinə görə qanunlar Kateqoriya:Hüquqi terminlər