Andre Şarl Bul (11.11.1642,Paris – 28 və ya 29.2.1732, Paris) — fransız mebel ustası. 1672-ci ildən XIV Lüdovikin saray ustası. Luvr, Marli və Versalda dekorativ işlər (qiymətli ağac növlərindən istifadə etməklə divar marketri və s.) görmüşdür.

Həyatı Bulun mebel emalatxanasında dörd oğlu: Filipp Bul (1678–1744), Pyer Benua Bul (1680–1741), Andre Şarl Bul (Bul de Süv, 1685–1745; həmçinin heykəltaraş) və Kiçik Şarl Jozef Bul (1688–1754) işləmişdir. Onların yaratdığı mebel nümunələrində rokokoya təkamül edən klasisizm və barokko əlamətləri birləşirdi. Bu mebelləri effektlilik, dekorun zənginliyi, həmçinin düz xətlərin və əyri -xətli naxışların uyarlı gözəlliyi, ornament və inkrustasiyanın dekorativliyi (səthə yapışdırılmış tunc, abnos ağacından, fil sümüyü, sədəf və tısbağa qınından istifadə etməklə düzəldilən marketri) fərqləndirirdi. Əsasən, Luvr da, Klüni Muzeyində (Paris), Versalda, Fontenbloda, Volles kolleksiyasında, Viktoriya və Albert Muzeyində (London), Ermitajda (S.- Peterburq) saxlanılır. "Bul", həmçinin 17-ci əsrin sonu – 18-ci əsrin 1-ci yarısında fransız saray mebeli sənətində üslub idi.Bul// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 63-64.

Muzeylər və sərgilər Andre Şarl Bulun mebel kolleksiyalarına dünyanın bir çox muzeylərində rast gəlinir: Luvr muzeyi, Paris Viktoriya və Albert, London Qetti muzeyi, Los Anceles Bundan əlavə, Andre Şarl bulun mebelleri bir sıra fransız saraylarını bəzəyir. Versal Vo-le-Vikont Şantil Şeverni

İstinadlar

Xarici keçidlər Boulle's Inlays Dossier de l’Art Boulle & Versailles Ecole Boulle Paris André Charles Boulle (1642–1732) and the Art of his Time, a new Style for Europe Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri