thumb|160px|right|FİFA Fair Play Mükafatı bayrağı. FIFA Fair Play Mükafatı — Fifa tərəfindən tanınan, fair play ruhunda və təbliğində olan nümunəvi davranışı qiymətləndirən mükafatdır. İlk dəfə 1987-ci ildə təqdim olunmuşdur. Bu mükafat həm fərdi, həm də komanda, azərkeşlər, tamaşaçılar, futbol federasiyaları/assossasiyaları, futbol icmasına təqdim edilə bilir. İllik olaraq bir və ya bir neçə mükafat təqdim edilir. Lakin mükafat 1994-cü ildə heç kəsə təqdim olunmamışdır.

Qaliblər İstinad İl Qalib Səbəb Qeyd 1987 Dandi Yunayted azərkeşləri Azərkeşlərin 1987-ci il UEFA kuboku finalında qalib gəlmiş Göteborq FK klubuna qarşı nümunəvi davranışına görə.1988 Frank Ordenevitz Köln FK və Verder Bremen FK arasında oynanılan matçda nümunəvi idmançı davranışına uyğun olaraq penalti ərazisində əli ilə oynadığını hakimə etiraf etdiyinə görə. 1988-ci il Seul Yay Olimpiya oyunlarında futbol turnirinin azərkeşləri. Azərkeşlər göstərdikləri idman və kompazisiya davranışı ilə dərin bir iz buraxdıqlarına görə 1989 Trinidad və Tobaqo azərkeşləri. 1989-cu il KONKAKAF kuboku çərçivəsində keçirilmiş sonuncu ev matçında ABŞ millisinə məğlub olmalarına baxmayaraq idmançı davranışına görə. 1990 Hari Lineker 15 illik peşəkar futbolçu karyerası ərzində heç bir sarı və ya qırmızı kart almamasına görə. 1991 İspaniya Futbol Federasiyası Hökumətin nümunəvi davranışı, media, məktəblər, sənətçilər və sponsorların hamısının fair play fəaliyyətlərinə qoşulduqlarına görə. Jorjinyo Stadion daxilində həmçinin xaricində təkrarolunmaz karyera və nümunəvi davranışı səbəbindən. 1992 Belçika Futbol Assossasiyası "Sülh çərçivəsində Futbol" adlı kompaniya ilə fair play təbliğində və Meksikanın Toluka şəhərində Casa Hogar adlı yardım kompaniyasının təşkili səbəbindən. 1993 Nandor Hideqkuti Həm futbolçu həm də məşqçi kimi nümunəvi davranışına görə. Zambiya Futbol Assossasiyası 1993-cü ildə Zambiya millisinin təyyarə qəzasına uğramasından sonra yenidən milli komandanın bərpa olunmasına yönələn cəhdlərinə görə. 1994 Mükafat təqdim olunmayıb 1995 Jaskes Qlassman Valensien FK və Olimpik Marsel FK klubları arasında yaşanmış rüşvət qalmaqalında cəsarətli davranışı səbəbindən. 1996 Corc Vea Oyuna olan sevgisini nümayiş etdirdiyi və mümkün olan ən geniş ictimaiyyətə Fair Play mesajını ötürdüyünə görə. 1997 İrlandiya azərkeşləri 1998-ci il FİFA Dünya Çempionatının seçmə mərhələsinin Play-off mərhələsində Belçika millisinə qarşı keçirilən matçda nümunəvi davranışlarına görə. Yozef Zovineç (Slovak həvəskar oyunçu) 60 illik həvəskar futbolçu karyerası ərzində sarı kart almamasına görə. Culi Fudi Uşaq əməyinin əksinə yönəlmiş cəhdlərinə görə, bu mükafatı qazanan ilk qadın və amerikalı kimi tarixə düşmüşdür. 1998 ABŞ Futbol FederasiyasıAralarındakı 20 ilə yaxın olan siyasi gərginliyə baxmayaraq 1998-ci il FİFA Dünya Çempionatı matçında idmançıya yaraşan davranışlarına görə. İran Futbol Federasiyası Şimali İrlandiya Futbol Assossasiyası Belfastda keçirilən Kliftonvill FK və Lindfild FK matçında Katolik və Protestant icmalarının yenidən birləşməsinə yönəlmiş cəhdlərinə görə. 1999 Yeni Zelandiya Futbol Assossasiyası 1999-cu il FIFA U-17 Dünya Çempionatının ölkəsində keçirilməsi üçün yönəlmiş cəhdlərinə görə. 2000 Lukas Radebe Cənubi Afrika Respublikasında uşaqlarla birgə işlədiyinə və futbolda olan rasizmə qarşı işləyəcəyi ilə bağlı öhdəliyinə görə. 2001 Paolo Di Kanio Rəqib komandanın qapıçısı Paul Cerrard zədələndiyi zaman topu əlinə götürərək oyunu dəyandırmasına görə 2002 Yaponiya və Cənubi Koreya Futbol İcmaları 2002-ci il Futbol üzrə Dünya Çümpionatını birlikdə keçirməklə qardaşlıq və centlimenlik nümayiş etdirdikləri üçün. 2003 Seltik FK azərkeşləri 2003-cü il UEFA Kubokunun finalında oyuna əlavə edilən vaxtda Portu FK klubuna 3-2 uduzmalarına baxmayaraq Seltik FK azərkeşlərinin nümunəvi davranışına görə. 2004 Braziliya Futbol Konfederasiyası Braziliya və Haiti yığmaları arasında keçirilmiş “Sülh uğrunda oyun” adı ilə tanınan matçda biletlərdən gələn gəlirin silahla dəyişdirilməsi təklifinə görə. 2005 Ikitos, Peru İcması 2005-ci il FIFA U-17 Dünya Çempionatının təşkili üçün göstərdiyi səmimi dəstək və köməyinə görə. 2006 2006-cı il FIFA Dünya Çempionatının azərkeşləri Stadion daxilində həmçinin kənarında azərkeşlərin fair play, qarşılıqlı hörmət və xüsusi ab-hava yaratdıqlarına görə. 2007 Barselona FK Gəlirli uniforma razılaşmasını rədd edərək əvəzində UNİCEF loqosunun əks olunduğu formanı qəbul etdiyinə görə 2008 Türkiyə Futbol FederasiyasıAralarında hər hansı siyasi diplomotik əlaqələrin olmamasına baxmayaraq hər 2 ölkənin cəsarətli şəkildə dialoqa girməsi səbəbi ilə. Ermənistan Futbol Federasiyası 2009 Bobbi Robson Həm məşqçi həm də futbolçu karyerası ərzində göstərdiyi fair play davranışına görə ölümündən sonra bu mükafata layiq görülmüşdür. 2010 Qadınlardan ibarət U-17 Haiti millisi 2010-cu il Haiti zəlzələsindən sonra sıxıntılı çətinliklər səbəbi ilə. 2011 Yaponiya Futbol Federasiyası 2011-ci il Yaponiyada baş vermiş zəlzələdən sonra ölkənin Qadınlardan ibarət millisinin 2011-ci il FİFA Dünya Cempionatındakı qalibiyyətinə görə. 2012 Özbəkistan Futbol Federasiyası Fair Play və yarışmanı nümayiş etdirmək eksklüziv olaraq qarşılıqlı deyil, bir-birinin tamamıdır. 2013 Əfqanıstan Futbol Federasiyası Müharibə və qarışıqlığın hökm sürdüyü bir mühitdə futbola olan birlik nümayişinə görə. 2014 Dünya Çempionatı könüllüləri 2014-cü il Dünya Çempionatı, 2014-cü il U-20 Qadınlararası Dünya Çempionatı, 2014-cü il U-17 Qadınlararası Dünya Çempionatı və 2014-ci il FİFA Klublararası Dünya Çempionatının təşkilində könüllülərin göstərdikləri yorulmaz dəstəyi, işi, həvəsi qiymətləndirmək üçün. 2015 Bütün futbol təşkilatlarının qaçqınlara dəstək nümayiş etdirməsi. Münaqişələrin siması sayılan qaçqınlara dəstək nümayişinə görə. Cerald Asamoa tərəfindən təşkil edilmişdir. 2016 Atletiko Nasional Təyyarə qəzasından sonra CONMEBOL-a müraciət edərək 2016 Sudamerikana kubokunun "Şapekoense" klubuna vermələrini tələb etdiklərinə görə.

Qeydlər 1988-ci il May ayının 7-də Bundesliqa oyunu çərçivəsində Verder Bremen FK və Köln FK arasında oynanılan matçda Verder Bremen oyunçusu penalti ərazisində əli ilə oynadığını hakimə etiraf etdi. Matçı Köln FK 2-0 qazandı. Növbəti il o, Köln FK klubuna keçdi. Karoline Hanlon azərkeşlər adından qəbul olundu.

2010-cu ildə İrlandiya Futbol Federasiyası mübahisəli Fransa - İrlandiya (2010-cu il Dünya çempionatı Pley off) matçından sonra onlara təklif edilən Fair Play mükafatından imtina etmişdir. Onun belə davranışı səbəbi ilə Futbol Assossasiyasının Baş icraçı direktoru Yozef Blatter haqda bunları demişdir: "Özünə və FİFA-ya qarşı xəcalətdir bu" .

İstinadlar

Kateqoriya:Futbol mükafatları Kateqoriya:FİFA Kateqoriya:FİFA kubokları və mükafatları