Park Hae-jin (Hangul: 박해진; ) — Cənubi Koreyalı aktyor. Daha çox My Love from the Star (2013), Bad Guys (2014) və Cheese in the Trap (2016) serialları ilə tanınır.

Karyerası Park Hae-jin 2006-cı ildə KBS kanalında yayımlanan Famous Chil Princesses serialı ilə aktyorluq həyatına başladı. Daha sonra iki uğurlu serialda rol aldı. KBS serialı Like Land and Sky və MBC kanalında yayımlanan East of Eden seriyalında başqa bir adamın sevgilisini əlindən alan qəddar adam Shin Myung-hoon rolu ilə məşhurlaşdı. Hər iki serial ölkə üzrə yüksək reytinq aldı və Park Hae-jin tanınmış bir insan halına gəldi.

Park Hae-jin eyni zamanda xaricdə də tanınmağa başladı. 2011 və 2012-ci ildə Çin seriallarında rol aldı və o illərdən bəri xaricdə layihələrə qatılmağa davam edir.

Daha sonra Park Hae-jin Seoyoung, My Daughter serialındakı Lee Sang-woo rolu ilə Koreya ekranlarına geri qayıtdı. Serial 47,1% reytinqlə 2013-cü ildə Koreyada ən yüksək reytinqli serial oldu. 2013-cü ildə SBS kanalında yayımlanan fantastik-romantik serial My Love from the Star’da rol aldı. 2014-cü ildə məşhur tibbi serial Doctor Stranger’da Harvard məzunu həkimi canlandırdı. Hər iki serial Çində böyük uğur qazandı və baxmayaraq ki, Park Hae-jin hər iki serialda da baş rol deyildi amma xaricdəki məşhurluğu artdı və Hallyu ulduz kimi tanınmağa başladı.

Park Hae-jin 2014-cü ildə OCN kanalında yayımlanan Bad Guys serialında baş rol oldu və performansı hər kəs tərəfinden bəyənildi. Daha sonra 2015-ci ildə Korea Drama Awards’da KDA Mükafatına layiq görüldü. 2016-cı ildə tvN serialı Cheese in the Trap’de Yoo Jung xarakterini canlandırdı və Park Hae-jin’in populyarlığı daha da artdı.

2 noyabr 2016-cı ilde, Park Hae-jin'in Lotte Duty Free'nin "Seven First Kisses" adlı internet serialında rol alacağı açıqlandı.

Park Hae-jin 2017-ci ildə JTBC kanalında yayımlanacaq Man to Man serialında Hallyu ulduzun cangüdəni, gizli agent rolunu oynayacaq. Və yenə 2017-ci ildə çəkiləcək Cheese in the Trap filmində təkrar Yoo Jung xarakterini canlandıracaq.

2020-ci ildə Park Hae-jin, Forest adlı romantik komediya serialında xüsusi təcili xilasetmə qrupunun işçisini canlandırdı. Ve yenidən 2020-ci ildə o, iş yerindəki intiqam mövzulu Kkondae Intern serialında rol aldı.

Park Hae-jin, 2022-ci ildə yayımlanan From Now On, Showtime adlı romantik komediya serialında ruhları görmək və onlarla ünsiyyət qurmaq qabiliyyətinə malik məşhur sehrbaz rolunu oynadı.

2022-ci ilin iyul ayında Park Hae-jin Artist Company ilə müqavilə imzaladı.

Şəxsi həyatı Park Hae-jin'in valideynləri o kiçik yaşdaykən boşandılar və 17 il sonra anasıyla ilk dəfə bir araya gəldi. Park Hae-jin ailəsinə dəstək olmaq məqsədi ilə liseydən sonra təhsilini dayandırdı. Dostu ilə iş ortağı olaraq Busanda geyim mağazası açdı. Bir gün iş üçün Seula getdiyi zaman gözlənilməz bir şəkildə istedadı kəşf edildi. Daha sonra peşəkar aktyorluq təhsili üçün Seul İncəsənət Kollecinə getdi və 2007-ci ildə məzun oldu.

Təhsili Choup Orta Məktəbi Busan Bilik Liseyi Silla Universiteti — (Ayrıldı) Seul İncəsənət Kolleci — Aktyor sənəti fakültəsi (Məzuniyyət)

Filmoqrafiyası

Serialları İl Ad Rol KanalÖlkə2006Famous Chil PrincessesYeon Ha-namKBSCənubi Koreya2007Like Land and SkyJung Moo-young2008East of EdenShin Myung-hoonMBC2009Hot BloodHa RyuKBS2011Qian Duo Duo's Marriage Story (钱多多嫁人记)Xu FeiHunan TVÇin2012Another Kind of Splendid Life (另一种灿烂生活)Liu Da MingSeoyoung, My DaughterLee Sang-wooKBSCənubi Koreya2013Loves Relativity (恋爱相对论)Li AngXi An TelevisionÇinMy Love from the StarLee Hwi-kyungSBSCənubi Koreya2014Doctor StrangerHan Jae JoonBad GuysLee Jung-moonOCN2016Cheese in the TrapYoo JungtvNFar Away Love (遠得要命的愛情)Shen AnGuangdong TVÇin 2017 Man to ManKim Seol-woo JTBCCənubi Koreya2020 ForestKang San-hyuk KBS2 Kkondae InternKa Yeol-ChanMBC 2022 From Now On, Showtime!Cha Cha-woong

Filmləri İl Ad Rol2010The Rhythm of Chopsticks(cameo)2015Snow in Sea BreezeLee Sang-woo2017Cheese in the TrapYoo Jung

Varyete Proqramları İl Ad KanalQeydÖlkə2007Ya Sim Man Man (야심만만)SBSCənubi KoreyaHappy SundayKBSAre You Ready?2008Family OutingSBS1-ci Sezon, 5-ci ve 6-cı Seriya2009TAXItvNEvery DayHunan TVÇinHappy TogetherKBSCənubi KoreyaChampagneFamily OutingSBS1-ci Sezon, 54-cü Seriya ve sonrası2012Gag ConcertKBS669-cu SeriyaHappy Together275-ci Seriya2014Happy CampHunan TVÇin2016Entertainment WeeklyKBSGuerilla DateCənubi KoreyaHappy CampHunan TVÇinVery Quiet DistanceAnhui TVNon-SummitJTBCCənubi Koreya2018Entertainment WeeklyKBSGuerilla Date Busted! Netflix 1-ci sezon 5-ci bölüm

Musiqi Videoları İl Ad Sənətci 2007 사랑 아프다 The Way2011운명의 수레바퀴Park Hae-jin

Mükafatları İlMükafatKateqoriyaNamizəd Göstərilən Serial2006KBS Drama AwardsƏn Yaxşı Yeni AktyorFamous Chil PrincessesLee Tae-ran ilə ən yaxşı cütlük200743rd Baeksang Arts AwardsƏn Yaxşı Yeni AktyorKBS Drama AwardsMükəmməllik MükafatıLike Land and SkyHan Hyo-joo ilə ən yaxşı cütlük2008MBC Drama AwardsƏn Yaxşı Yeni AktyorEast of Eden20094th Asia Model AwardsƏn Populyar Kişi Ulduz2012LeTV Movie & Drama AwardsƏn Yaxşı Asiyalı AktyorQian Duo Duo's Marriage Story20149th Asia Model AwardsAsiya Xüsusi Mükafatı4th Citizen AwardsMükəmməl Vətəndaş7th Style Icon AwardsStil İkonuK-Style20151st Happiness Share AwardsXüsusi Mükafat8th Korea Drama AwardsKDA MükafatıBad GuysKorea Lifestyle Awardsİlin Aktyoru201610th Korean Cable TV AwardsƏn Yaxşı AktyorCheese In the TrapLeTV Movie & Drama Awardsİlin Kişi AktyoruFar Away Love11th Asia Model AwardsAsiya Ulduzu1st Asia Artist AwardsƏn Yaxşı AktyorCheese In the Trap 2017 2nd Asia Artist Awards Ən Yaxşı Aktyor Man to Man20186th APAN Star AwardsQlobal Ulduz3rd Asia Artist AwardsAsia Eco Creator 8th Korea Hallyu Awards Populyar Mədəniyyət Mükafatı2019Ministry of Security and Public AdministrationTəqdir Mükafatı 202025th KBS 119 AwardXüsusi Xidmət MükafatıKBS Drama AwardsƏn Yaxşı CütlükForestMBC Drama AwardsBöyük Mükafat (Daesang)Kkondae Intern Newsis K-EXPO Seul İcra Hakimi Mükafatı

Xeyriyyəçilik Park Hae-jin'in, son bir neçə ildir müxtəlif xeyriyyə təşkilatlarına böyük miqdarda pul yardımı etdiyi və əyləncə sektorunda "Yardımçı Mələk" adını qazandığı açıqlandı.

Park Hae-jin, xeyriyyə işlərinə görə, 2014-cü ildə Çində 10 xeyriyyəçi aktyora verilən "Civic Public Welfare Award" mükafatını qazandı. Mərasimə dəvət edilən və mükafat alan ilk Koreyalı oldu. Bundan başqa, "Mu Qin Shui Jia" adlı xeyriyyə təşkilatının səfiri olaraq vəzifələndirildi.

Park Hae-jin'in agentliyi Mountain Movement, aktyorun 2011-ci ildən bu yana müxtəlif yerli və beynəlxalq xeyriyyə təşkilatlarına ümumi 1.7 milyard won (1.5 milyon $) yardım etdiyini təsdiqlədi. 23 aprel 2016'da Seulda təşkil edilən, aktyorun 10. ildönümünü qeyd etdiyi fan toplantısının gəlirlərini Şanxay Körpələr Evinə bağışladı və altı il ərzində Çin xeyriyyə fonduna ümumi 600 milyon won (təxminən 533,000 $) yardım etdi. Cənubi Koreyada isə, Sewol Gemisi Təbii Fəlakətlər Qrupu və Uşaq Reabilitasiya Xəstəxanası də daxil olmaq üzrə müxtəlif xeyriyyə təşkilatlarına və dərnəklərə 1.1 milyard won (978.000 $) yardım etdi.

Park Hae-jin 2014-cü ilin avqust ayında Busan'da meydana gələn sel fəlakətinin qurbanlarına kömək etmək üçün 100 milyon won (təxminən 94,000 $) yardım etmişdi. 2016-cı ilde sentyabrda Şimali Gyeongsang Əyalətinin Gyeongju şəhərindəki 5.8 bal gücündə baş verən zəlzələnin qurbanlarına yardım məqsədi ilə Koreya Qırmızı Xaç komitəsinə 50 milyon won (təxminən 42.500 $) verdi. Bundan başqa, yoxsul ailələrə kömür alınması üçün 50 milyon won (təxminən 42.500 $) yardım etdi və dördüncü dəfə şəxsən özü gedərək kömürləri təslim etdi.

2017-ci ildə Park Hae-jin incə tozları azaltmaq üçün Çində ağac əkmək kampaniyası başlatdı və pərəstişkarları ilə birlikdə 6520 ağac ianə etdi. 2018-ci ildə Park Hae-jin pərəstişkarları ilə birlikdə Çinin qərbində səhralaşma ilə mübarizəyə kömək etmək üçün təkrar 6000 ağac ianə etdi.

Reklamları İlMarkaÖlkə2006Baskin-RobbinsCənubi KoreyaSieg2007Seolleim2009Ad Hoc2010Makgeolli Wolhyang2011Samsung Galaxy S IIÇin2013French Cafe Coffee-mixCənubi KoreyaZishen HommeLotte CinemaÇin2014Forte CoffeeCənubi KoreyaSooryehanNovita Bidet2015Lotte Duty Free2016Beanpole Accessories7-ElevenTHE WEINAÇinMind BridgeJAYJUN COSMETICCənubi KoreyaCenter Pole2018Mind Bridge2019LOTTE HOTEL2020RITS HEALER MASKfewTom N Toms2021SunkistMeditime Botalinum Ampoule

İstinadlar

Kateqoriya:Aktyorlar Kateqoriya:Cənubi Koreyada doğulanlar Kateqoriya:Busanda doğulanlar Kateqoriya:XXI əsr aktyorları