Talış-Muğan mədəniyyətiAzərbaycan tarixi. I cild. Dərslik. Bakı, "Apostroff" nəşriyyatı, 2014, səh. 61. ISBN 978-9952-404-48-7Nigar Abdullayeva, Tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov: “Morqan qardaşlarının Azərbaycandan apardığı materiallar Paris yaxınlığındakı Sen-Jermen Muzeyində saxlanılır” , “Palitra”.-2013.-14 fevral.-№28.-S.7 və ya Muğan mədəniyyətiAnar Ağalarzadə, "Qədim “Muğan mədəniyyəti”nin kəşf olunduğu məkan" , Azərbaycan.-2016.- 6 oktyabr.- S.7. — Son tunc və erkən dəmir dövründə (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) Muğan düzündə və Talış dağlarında mövcud olmuşdur. Bu dövrdə əsas məşğuliyyət növləri maldarlıq və kənd təsərrüfatı idi. Qərbi Asiya tipində tunc və dəmir qılınclar bu dövr üçün xarakterikdir.
Adı
60-cı illərə qədər tarixi ədəbiyyatda güman edilirdi ki, Talış mədəniyyəti Muğan mədəniyyətindən fərqli olmuşdur. Bununla əlaqədar olaraq tarixşünaslıqda «Muğan mədəniyyəti» və «Talış mədəniyyəti» anlayışları var idi.
Fərman Mahmudov 1964-cü ildən etibarən Azərbaycanın cənubi-şərq ərazisində aşkar edilən mədəniyyət nümunələrinin kompleks şəkildə öyrənilməsi nəticələrinə əsaslanaraq Talış və Muğandan üzə çıxarılan maddi abidələrin tiplərinə,xarakterlərinə, tarixi inkişafına və s. xüsusiyyətlərinə görə oxşar və yaxın olduqlarını müəyyən etdi. O əsaslandırdı ki, bu regionda iki mədəniyyət yox, məhz vahid bir mədəniyyət — «Talış-Muğan mədəniyyəti» olmuşdur. Bu mədəniyyət e.ə. XIV əsrdə təşəkkül tanmış, VII əsrə qədər davam etmiş və son tunc dövrü üçün səciyyəvi olan mədəniyyət tiplərindən biri olmuşdur. Arxeoloji materialların tipoloji təhlilinə əsasən F.Mahmudov bu regionda qədim insanların tunc dövrünə qədər mövcud olan təsərrüfat formalarının ən primitiv səviyyəsi kimi tanınan yığma tipindən istehsal etmə kimi daha yüksək mərhələsinə qədəm qoyduqlarını,erkən əkinçilik-maldarlıq təsərrüfatı texnikasına yiyələndiklərini, təsərrüfatın bu növünün e. ə. III minilliyin əvvəlindən başlayaraq oturaq əkinçilik-maldarlıq təsərrüfatı kimi intensiv inkişafda olduğunu, yerin şumlanmasında qoşqu qüvvəsindən, məhsulun daşınmasında isə ikitəkərli arabalardan istifadə edildiyini göstərdi.
İstinadlar
Həmçinin bax
Kür-Araz mədəniyyəti Naxçıvan mədəniyyəti
Xarici keçidlər
Ələsgər Mirzəzadə, "MUĞAN. Maddi mədəniyyət abidələri", Bakı, "Nərgiz" nəşriyyatı, 2015, 160 səh. anl.az yap.az
Kateqoriya:Azərbaycandakı arxeoloji mədəniyyətlər Kateqoriya:Hind-Avropalılar Kateqoriya:Asiyada Tunc dövrü mədəniyyətləri Kateqoriya:Qərbi Asiyanın arxeoloji mədəniyyətləri Kateqoriya:Qafqaz tarixi Kateqoriya:Avropanın arxeoloji mədəniyyətləri Kateqoriya:Talış tarixi