Latın Amerikası Turizm Təşkilatlarının Konfransı və ya qısaca KOTAL — beynəlxalq regional turizm təşkilatıdır.

1957-ci ildə yaradılmışdır.

Bu qurum Latın Amerikasının 900-dən çox turizm, nəqliyyat, mehmanxana müəssisələri, həmçinin Asiya, Afrika və Avropanın 350-dən yuxarı turizm müəssisələrini özündə birləşdirir.

Əsas vəzifəsi Latın Amerikası turizm sənayesinin inkişafı məqsədilə bütün turizm müəssisələrinin və milli assosasiyalarının fəaliyyətini birləşdirməkdir.

KOTAL-ın Katibliyi Argentinanın paytaxtı Buenos-Ayres şəhərində yerləşir. Konfransın rəsmi dilləri isə ispan və ingilis dilləridir. Rəhbər orqanları isə adətən ildə bir dəfə keçirilən Baş Assembleya və Direktorlar Şurası sayılır.

Kateqoriya:1957-ci ildə yarananlar Kateqoriya:Beynəlxalq turizm təşkilatları