Hüsnüşah Xatun () — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından.Anthony Dolphin Alerson, The Structure of the Ottoman DynastyLeslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire . Oxford University Press. pp. 106–107. ISBN 978-0-195-08677-5.https://web.archive.org/web/20060502150908/http://www.4dw.net/royalark/Turkey/turkey6.htmAnthony Dolphin Alerson (1956). The Structure of the Ottoman Dynasty . Clarendon Press.

Həyatı Hüsnüşah Xatun 1454-cü ildə dünyaya gəldi. Atası İçəl sancaqbəyi Qaramanlı Nasuh bəy, Qaramanoğlu II İbrahim bəyin qızının nəvəsi idi. Pir Əhməd bəy və Əbdülkərim bəy adlı 2 qardaşının olduğu məlumdur. Qaramanoğulları ilə bağlanan süh sazişlərindən birinə əsasən, Fateh Sultan Mehmedin böyük oğlu və o əsnada Amasya sancaqbəyi olan Şahzadə Bəyazidlə evlənmişdir. Ancaq bəzi vəqf sənədlərində "Əbdülcəlil qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı iddia edilir. 1474-cü ildə Şahzadə Şahənşahı, 1475-ci ildə isə Sultanzadə Sultanı dünyaya gətirdi. Ancaq qızı uşaq yaşlarında vəfat etmişdir. left|thumb|267x267px|Manisada inşa etdirdiyi Hatuniyə məscidi 1480-ci ildə oğlu Şahzadə Şahənşah qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından oğlu Şahzadə Şahənşah Manisa sancaqbəyi təyin edildi və Hüsnüşah Xatun oğluyla birlikdə Manisaya yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı.

1483-cü ildə isə oğlunun Qaraman sancaqbəyi təyin edilməsiylə, onunla birlikdə Konyaya yollandı. Oğlunun edamına qədər burada qalan Hüsnüşah Xatun Manisa və Konyada bir çox xeyriyyə işləri görmüşdür. 1490-cı ildə Manisada bir məscid, 1497-ci ildə isə Kurşunlu Han adlı karvansara inşa etdirmişdir. Vaxtilə öz ailəsi tərəfindən idarə edilən Konyada müxtəlif vəqflərə ianələrlə yardım etmişdir.

Ancaq oğlunun 1511-ci ildə müəmmalı şəkildə ölümündən sonra Bursaya köçən Hüsnüşah Xatun qalan ömrünü burada yaşadı. Bəzi mənbələrdə oğlunun edam edildiyi qeyd edilsə də, bu iddia doğru deyil. Belə ki, Şahzadə Şahənşahın ani ölümündən sonra atası Sultan Bəyazid dərin kədərə boğulmuş, bu hadisənin ardından taxtı böyük oğlu Şahzadə Əhmədə təhvil vermək niyyətinə gəlmişdir. Beləcə, Yavuz Sultan Səlim səltənətinin ilk illərini də əhatə edən uzun taxt mübarizəsi başlamış oldu.

Oğlunun vəfatından sonra çox yaşamayan Hüsnüşah Xatun 1513-cü ildə Bursada vəfat etdi və cənazəsi Muradiyə külliyəsinə dəfn edildi.

Övladları

Şahzadə Şahənşah Sultanzadə Sultan

Mənbə

Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken. ISBN 978-9-754-37840-5 Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6 Ahmed Akgündüz, Said Öztürk (2011). Ottoman History: Misperceptions and Truths. Oxford University Press. ISBN 978-9-090-26108-9

İstinadlar

Kateqoriya:1513-cü ildə vəfat edənlər Kateqoriya:Osmanlı sultanlarının xanımları