Əmrə Mor (d. 24 iyul 1997, Brøsøj, Danimarka) — Türkiyəli futbolçu. Mövqeyi yarımmüdafiəçi olan Əmrə Mor, Türkiyə Super Liqasında çıxış edən Fatih Karagümrük klubunda forma geyinir.

Əmrə Mor 2016-cı ildən Türkiyə yığmasının uğurları üçün çalışır. Türkiyə yığmasında 8 oyunda meydana daxil olan Əmrə Mor, 2016-cı ildə Fransada baş tutan UEFA Avropa Çempionatında da mübarizə apardı.

Həyatı Əmrə Mor 24 iyul 1997-ci ildə Danimarkanın Brøsøj şəhərində immiqrant ailəsində anadan olub. Atası əslən Türk, anası isə əslən Makedoniyalıdır.Atası əslən Türkiyənin Uşak vilayəti,Sivaslı mahalı,Tatar qəsəbəsindəndir.

Komanda karyerası

Norşellann FK 28 noyabr 2015-ci il tarixində Əmrə Mor "Ranners FK" ilə baş tutan Danimarka Liqası oyununun 84-cü dəqiqədə meydana daxil olaraq, birinci oyununa çıxdı. 28 fevral 2016-cı ildə "Viborg FF" ilə keçiriən oyunda Əmrə Mor karyerasında birinci qolunu atdı. 2015/2016 mövsümündə 13 oyunda meydana daxil olan Əmrə Mor 2 qol atdı və 2 qolun ötürməsini verdi.

Borussiya Dortmund Əmrə Mor 7 iyun 2016-cı il tarixində 16 milyon (€) avroya Almaniya Bundesliqasında mübarizə aparan "Borussiya Dortmund" komandasına transfer olundu. Müqaviləyə əsasən Əmrə Mor 5 il müddətində Dortmund təmsilçisinin heyətində çıxış edəcək.Borussia Dortmund klubunda ilk qolunu 17 sentyabrda Darmstadt klubuna atdı.

Nəticələri Son yenilənmə tarixi: 23 iyun 2016

KomandaMövsümLiqaKubokUEFACəmiOQÖOQÖOQÖOQÖ Norşellann FK2015/20161322000—1322Cəmi1322000—1322 Borussiya Dortmund2016/2017000000000000Cəmi000000000000Ümumi13220000001322

Türkiyə yığması karyerası 2016-cı ilin may ayında Əmrə Mor, Fatih Terim tərəfindən Fransada baş tutacaq UEFA Avro 2016-nın heyətinə çağırıldı. 29 may 2016-cı ildə Monteneqroya qarşı baş tutan yoldaşlıq oyununda meydana daxil olaraq Türkiyə yığmasında debüt etdi.

12 iyun 2016-cı ildə Xorvatiya ilə keçirilən oyunun 69-cu dəqiqəsində Cenk Tosunun əvəzinə meydana daxil olaraq Türkiyə yığmasının UEFA Avropa Çempionatları tarixində meydana daxil olna ən gənc futbolçudu oldu (18 yaş və 323 gün). 21 iyun 2016-cı ildə Çex Respublikasına qarşı keçirilən oyunda Burak Yılmaza birinci qolun ötürməsini verdi. Bununla da Əmrə Mor UEFA Avropa Çempionatları tarixində qol ötürməsi verən ən gənc futbolçu oldu.

SıraTarixStadionRəqibHesabQolÖtürməYarış129 may 2016Antalya Arena, Antalya Monteneqro1-000Yoldaşlıq oyunu25 iyun 2016Stozice Stadionu, Lyublyana Sloveniya1-000Yoldaşlıq oyunu312 iyun 2016Parc des Princes Stadionu, Paris Xorvatiya0-100UEFA Avro 2016421 iyun 2016Bollaert-Delelis Stadionu, Lans Çex Respublikası2-001UEFA Avro 2016531 avqust 2016Antalya Arena, Antalya Rusiya0-000Yoldaşlıq oyunu65 sentyabr 2016Maksimir Stadionu, Zaqreb Xorvatiya1-1002018 Dünya Çempionatı, s/m77 oktyabr 2016Torku Arena, Konya Ukrayna2-2002018 Dünya Çempionatı, s/m810 oktyabr 2016Lauqardalsvöllur Stadionu, Reykyavik İslandiya0-0002018 Dünya Çempionatı, s/m

Xarici keçidlər Əmrə Morun UEFA profili Əmrə Morun Türkiyə Futbol Federasiyasında profili

İstinadlar

Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:Borussiya Dortmund FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Futbol vingerləri Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Danimarkanın kişi futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:Olimpiakos FK futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular