Kabusun gözüylə — Azərbaycan və Fransanın ilk birgə layihəsi olan film. Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur.
Mükafat və festivallar 24-cü "Nika" kino mükafatının laureatı. "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" nominasiyası — Moskva, Opera teatrı.
Heyəti Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur.
Filmdə Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev iştirak ediblər. Baş rolun ifaçısı, Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri Rişar Martendir.
Təqdimatı 2010-cu ildə, Milli kino günündə "Kabusun gözüylə" filminin Heydər Əliyev Sarayında təqdimatı keçirilmişdir.Hacılı, İ. Milli kino günündə "Kabusun gözüylə" filmi təqdim olundu: [Heydər Əliyev Sarayında rejissor Rüstəm İbrahimbəyovun eyni adlı filminin təqdimatı keçirildi] //Mədəniyyət.- 2010.- 4 avqust.- S. 11.Zümrüd. "Kabusun gözüylə" filminin premyerası keçirilib: [Milli Kino Günündə Heydər Əliyev Sarayında kinorejissor Rüstəm İbrahimbəyovun eyni adlı filminin premyerası təşkil olunmuşdur] //Səs.- 2010.- 4 avqust.- S. 12.
İstinadlar
Xarici keçid Filmi izlə
Kateqoriya:2010-cu ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycan–Fransa münasibətləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri