Manitoba — Kanadanın Manitoba vilayəti ərazisində yerləşən ən böyük göllərdən biridir. Göl Vinnipenq şəhərindən 75 km şimal-qərbdə yerləşir. left|thumb|px300
Coğrafiyası Göl sahəsinə görə Manitoba vilayətinin mərkəzində yerləşən üç böyük göl arasında ən kiçiyidir. Gölün əsas mənbəyi çoxlu sayda bura tökülən xırda çaylardır. Üstəlik Vinnipeqosis gölündən Uoterhen çayı gölə tökülür. Şimal-qərb hissəsindən Dofin çayı başlayır. Çay şimal-şərqə üzərək Sent-Martin gölünə, oradan isə Vinnipeq gölünə tökülür. Göl dayazlığı ilə seçilir. Orta dərinliyi 7 netrdir. Həvəskar balıqçılıq geniş yayılmışdır.
Tarixi
Manitoba gölü qədim Aqassis gölünün qalığıdır. İlk dəfə 1738-ci ildə Per La Velandri tərəfindən kəşf edilmişdir. Gölün sonrakı adı ingiliscədən tərcümədə «Ruhların yolu» mənasını verir.
İstinadlar
Kateqoriya:Şimali Amerika gölləri Kateqoriya:Manitoba gölləri