thumb|2011-ci ildəki şənlik thumb|2014-cü ildəki şənlik thumb|2014-cü ildəki şənlik TRT Beynəlxalq 23 aprel Uşaq ŞənliyiBu gün uşaq Türkiyə prezidenti olacaq . bizimyol.info, 23.04.2016 () — Türkiyə Respublikasının milli bayramlarından olan 23 aprel Milli Suverenlik və Uşaq Bayramı həftəsində, 1979-cu ildən bəri hər il Türkiyə Radio Televiziya Qurumu tərəfindən təşkil edilən beynəlxalq uşaq şənliyi23 Nisan Uluslararası Çocuk Şenliği Tarihçesi. trt.net.tr Qeyd edək ki, həmin il UNESCO tərəfindən "Uşaq ili" elan edilmişdir. Ona görə də TRT 23 aprel Milli Suverenlik və Uşaq Bayramını start verdiyi tədbirlərlə beynəlxalq səviyyəyə çatdırmışdır.

Həmin vaxtdan dünyadakı bir çox ölkədən bu şənlikdə iştirak etmək üçün Türkiyəyə gələn 8-14 yaşları arasındakı uşaqlar uşaqlı könüllü türk ailələr tərəfindən evlərində qonaq saxlanılır.

Şənlik hər il orta hesabla 40 ölkənin iştirakı ilə reallaşar. 1979-cu ildən bu yana, 90 fərqli ölkədən 20 minə qədər uşaq və təxminən 5 min qrup lideri bu şənliyə qatılmışdır23 Nisan Uluslararası Çocuk Şenliğine İlişkin İstatistiki Bilgiler. trt.net.tr . Şənliyi qatılan nümayəndələr öz ölkələrinin xalq oyunları ilə, mahnıları ilə və s. nümunələrlə milli mədəniyyətlərini təqdim edərlər.

Şənlik 1979-cu ildən 2000-ci ilə qədər paytaxt Ankarada təşkil olunmuşdur. Daha sonrakı illərdə isə Türkiyənin müxtəlif yerlərində – İstanbul, Quşadası, Səlcuq, Antalya və İzmir kimi şəhərlərdə təşkil edilmişdir. 2011-ci ildə Bursada, 2012-ci ildə Konyada, 2013-cü ildə isə İzmirdə təşkil olunmuşdur.

İştirakçı ölkələr İl Bütün ölkələr istisna olmaqla 1979 5 1998 29 2007 61 2008 38 2009 57 2010 42 2011 34 2012 40 2013 44 2014 33 2015 31 2016 30

Qeyd:

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1979-cu ildə yarananlar Kateqoriya:23 apreldəki bayramlar Kateqoriya:TRT