Kükəl — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kükəl kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir.
Etimologiyası Xalq etimologiyasına görə, oykonim Şəxs adı ilə bağlıdır. Türk dillərində kükəl "alaqoru, qaramuq otu", Azərbaycan dilinin dialektlərində kükəl "boş, mənasız, lazımsız" mənalarında işlənir, kükü isə "gicitkənə oxşar Xoş ətirli bitki" adıdır. Şərqi Sibir toponimiyasında kükü "göy, yaşıl rəng" mənalarında, Qərbi Sibir toponimiyasında isə kikke "çay, çay qolu, su" mənalarında işlənir. Deməli, kükəl "yaşıllıq, otluq" mənasındadır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Səməd Vurğun "Şadlıq" şeirində kənddə qonaq olduğunu yazmışdır.Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
İstinadlar
Kateqoriya:Ağdaş rayonunun kəndləri