Zülfiyyə Qurbanova () — azərbaycanlı aktrisa.

Həyatı Zülfiyyə Qurbanova 4 yanvar 1984-cü ildə Azərbaycanın Sumqayıt şəhərində incəsənət və mədəniyyət işçiləri ailəsində anadan olmuşdur. 1990-cı ildə Sumqayıt şəhərində 4 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2000-ci ildə Sumqayıt şəhərində 7 saylı orta məktəbi bitirmişdir. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq şöbəsinin "Dram teatrı və kino aktyorluğu" fakültəsinə daxil olmuş, oranı 2007-ci ildə qurtarıb, həmin ildə eyni ixtisas üzrə magistraturaya qəbul olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyorluq" şöbəsinin "Dram teatrı və Kino aktyorluğu" fakültəsinin magistraturasını bitirmişdir.

2007-ci ildən xalq artisiti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında fəaliyyətə başlayan aktrisa, hazırda teatrın gənc aparıcı aktrisalarından biridir. Zülfiyyə Qurbanova Azərbaycandan Kann Film Festivalında iştirak edən ilk Azərbaycanlı aktrisadır.

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər Zülfiyyə Qurbanova Kann Film Festivalına gedir.

Kateqoriya:Azərbaycanlı aktrisalar