thumb | right | 250px | Prezident Corc Buş 2001-ci il Nobel mükafatı sahibləri ilə görüşü. 27 noyabr 2001. Dr. Erik Allin Kornell- Fizika 2001-ci il Nobel mükafatı; Dr. Wolfqanq Ketterle- Fizika 2001-ci il Nobel mükafatı; Dr. Uilyam Standiş Knowles- 2001-ci Nobel Mükafatı. Soldan Sağa. Dr. Corc Akerlof İqtisadi Elmlər 2001-ci ildə Nobel mükafatı olaraq Kimya; Dr Maykl Spens- İqtisadi Elmlər 2001-ci ildə Nobel mükafatı; Dr. Cozef Stiglitz- İqtisadi Elmlər 2001-ci ildə Nobel mükafatı; Dr. Karl E. Vayman- Fizika 2001-ci il Nobel Mükafatı
Erik Kornell (19 dekabr 1961)- Karl E. Vayman ilə Bose-Eynşteyn sıxlaşması üzərində etdikləri görüş səbəbiylə 2001-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmış ABŞ fizikidir.
Həyatı Stanford Universitetindən magistr dərəcələrlə məzun olmuş valideynlərə sahib olan Erik Allin Kornell 1961-ci ildə Palo Altoda, Kaliforniyada anadan olmuşdur. Kornell doğulduqdan iki il sonra daşındıqları Kembricdə, Massaçusetsdə böyümüşdür. Atası (MIT) Massachusetts Institute of Technologyda inşaat mühəndisliyi professoru, anası liseylərdə ingilis müəllimliyi etmişdir. Bir bacısı, bir də qardaşı var.
Təhsili Anasından məktəbə başlamadan oxuma-yazma öyrənən Kornell liseydə riyaziyyat və şahmat klublarına qatılır. Liseyi bitirməsinə bir il qala San-Fransiskoya daşınırlar. "Lowell High School" dan məzun olur. Bu məktəb şəhərin hər yerindən gələn akademikaya meyilli şagirdlər üçün "maqnit məktəb" deyilən bir yerdir. Lisenziya təhsilini Stanford Universitetində alır. Nobel üçün yazdığı avtobiyoqrafiyasında, elm öyrənmək və araşdırmalar etmək üçün lazımlı olan büdcəsini təyin etmək üçün, fizikada ilk işinin "Stanford Xətti Sürətləndirici Mərkəzi"ndə bir skanerçiolduğunu ifadə etmişdir.
Stanfordda lisenziya təhsili əsnasında Çarli Marcusun qrupunda və Blas Cabrera ilə aşağı temperatur fizikası üzərində araşdırmalar etmişdir. Stanfordun Asiyada Könüllüləri proqramına daxil olaraq ingilis dili dərsləri vermək üçün Yaponiya, Tayvana gedir. 5 ay Tayvanda qaldıqdan sonra üç ay Honk Konqda və Çində qalır və çin dilini öyrənir.
Lisenziya təhsilini tamamlayan Kornell magistr təhsili üçün Kembricə geri dönür. MİT-də Deyv Pritchardın qrupuna qoşulur. 1985-ci ilin payızında Pritchardın tək ionsiklotron rezonans təcrübəsinə qatılır. Təhsil Xronologiyası Xarici Dil İngilis dili müəllimi Taichung YMCA — Tayvan 1982 Laborant Stanford Universiteti 1982–1985 Müəllim Harvard Extension School 1989 Laborant MİT 1985–1990 Post-Aspirantura Rowland İnstitutu — Kembric 1990 Post-Aspirantura Boulder İnstitutu -Astrofizika Laboratoriyası 1990–1992 Dosent Fizika Bölümü — Kolorado Uni. 1992–1995 Professor Fizika Bölümü — Kolorado Uni. 1995-günümüzə qədər Elm Adamı Milli Standartlar və Texnologiya İnstitutu 1992-günümüzə qədər Akademik üzv JILA ve NIST — Kolorado Universiteti 1994-günümüzə qədər Qonaq Professor Harvard Universiteti 2012
Mükafatları və uğurları Mükafatları və uğurları Mükafat Mükafatı verən təşkilat & Şəxs Tarix Magistr təqaüdü Milli Elm Fondu 1985–1988 Lisenziya-Araşdırma Mükəmməllik Firestone Mükafatı 1985 Samuel Wesley Stratton Mükafatı NIST 1995 Newcomb-Cleveland Mükafatı Amerika Elm və Araşdırma Mərkəzi 1995–96 Carl Zeiss Mükafatı Ernst Abbe Fondu 1996 Aşağı İstilik Fizikası Fritz London Mükafatı — Beynəlxalq Elm və Tətbiqi Fizika Birliyi 1996 Qızıl Medal Ticarət Bölümü 1996 Elm və Mühəndislik Erkən Karyera Mükafatı Prezident 1996 Üzv Amerika Fiziklər Birliyi 1997 İ. İ. Rabi Mükafatı Atom, Molekulyar Optik Fizikası — Amerika Fizika Dərnəyi 1997 Elm Mükafatı Kral Feysəl Beynəlxalq Elm Mükafatı 1997 Alan T. Waterman Mükafatı Milli Elm Fondu 1997 Lorens Medalı Fənn Hollandiya Elm Akademiyası 1998 RW Wood Mükafatı Amerika Optika Birliyi 1999 Benjamin Franklin Fizika Medalı Franklin İnstitutu 2000 Üzv Milli Elmlər Akademiyası 2000
Xarici keçidlər Colorado Üni. Cornell araş. grubu (İng.) Colorado Üni. "The Builder, a Biography of Eric Cornell" Biyografisi ktp.1 'Bose-Einstein yoğunlaşması' Doç. Dr. Haluk Berkmen — PDF
İstinadlar
Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:ABŞ pedaqoqları Kateqoriya:Amputant şəxslər Kateqoriya:Eksperimental fiziklər Kateqoriya:ABŞ fizikləri