Beverli Alitt (; ) — dörd uşağı öldürmək, digər üç uşağı öldürməyə cəhd etməkdə və daha altı nəfərə ağır bədən xəsarəti yetirməkdə ittiham olunan ingilis seriyalı uşaq qatili.

Həyatı 1991-ci ildə 23 yaşlı Beverli Alitt pediatriya şöbəsində tibb bacısı kimi çalışmağa başlayır. İki ay ərzində o, dörd uşağı qətlə yetirir və daha doqquz körpəni öldürməyə cəhd edir, lakin xoşbəxtlikdən onlar sağ qalmağa müvəffəq olurlar.

Erkən yaşlarında Beverlidə "Münhauzen sindromu" müşahidə edilirdi. Bu psixi pozğunluğun əsas göstəricisi xəstənin süni yolla ətrafı özünə diqqət göstərməyə təşviq etməkdir.

Ən nəhayətdə Alitt 1993-cü ildə mühakimə olunur və ömürlük həbs cəzası alır. Lakin B. Alitt son ana qədər öz günahını boynuna almır.

Həmçinin bax Lizzi Hollidey Velma Barfild Anna Mari Han Cudias Buenoano

İstinadlar

Alitt Alitt Kateqoriya:Britaniya seriyalı qatilləri