Kabrera Arxipelaqı Milli Parkı (; ) — İspaniyanın Balear adaları muxtar birliyinin (; ) tərkib hissəsi olan Kabrera arxipelaqını əhatə edən milli park. Milli parkın sahəsi 100 km2-dir, amma sahəsinin 87 km2-lık hissəsi Aralıq dənizinin sularıdır. Buna görə də həm də dəniz milli parkıdır. Uzaqlığına görə milli parkın ziyarətçiləri azdır. Kabrera Arxipelaqı Milli Parkının daimi əhalisi yoxdur, lakin burada 100-ə yaxın milli park işçisi fəaliyyət göstərir.

Arxipelaq böyük təbii dəyərə malikdir. İzolyasiya olunmuş vəziyyətinə görə, arxipelaq demək olar ki, toxunulmamış qalmışdır. Kabrera arxipelaqının sahilləri İspaniyanın, hətta Aralıq dənizinin ən yaxşı qorunmuş sahilləri hesab olunur. Adalarda xeyli dəniz quş koloniyası vardır, burada endemik quş növləri aşkarlanmışdır. Quş növlərinin zənginliyinə görə milli park həm də Quşlar Direktivi tərəfindən "Xüsusi mühafizə bölgəsi" statusu qazanmışdır. Həmçinin Kabrera Arxipelaqı Milli Parkı "Natura 2000" layihəsi çərçivəsində "Cəmiyyət əhəmiyyətli yer" elan olunmuşdur. Milli park Barselona konvensiyasına görə "Aralıq dənizinin xüsusi qorunan ərazisi" statusu almışdır.

Uzaqlığına baxmayaraq, adalar inzibati cəhətdən Palma şəhərinin tərkibindədir.

Tarix thumb|left|200px|XIV əsrdən qaldığı düşünülən Kabrera qalası. Arxipelaqın 1973–1986-cı illərdə İspaniya Silahlı Qüvvələri tərəfindən istifadə olunması onun qorunmasında çətinlik yaratmışdır. 1988-ci ildə Balear adaları bələdiyyəsi yekdillik nümayiş etdirərək Kabrera Arxipelaqı Milli Parkının təşkil edilməsi haqqında qətnamə hazırlamış və onu İspaniya hökumətinə göndərmişdir. 1991-ci ilin aprelin 29-unda Kabrera Arxipelaqı Milli Parkı qurulmuşdur.Act 14/1991 for the Creation of the Cabrera Archipelago Maritime-Terrestrial National Park Pla d'ús i gestió del Parc Nacional Maritimoterrestre de l'Arxipèlag de Cabrera

Məhdud da olsa, arxipelaqdan hələ də hərbi məqsədlər üçün istifadə olunur.

Ziyarət Kabrera Milli Parkına çatmaq bir az çətindir, qayıqlar ancaq adaların limanında lövbər sala bilər. Milli park ətrafında Balear adalarında nadir görünən delfinləri və dəniz ilbizlərini görmək olar. Suya başvurma idmanı ilə məşğul olmaq məhduddur və bir günlük ziyarət xüsusi lisenziya tələb edir. Turist səfərləri çox nadir hallarda keçirilir. Piyada gəzintisi daha çox populyardır. Milli parkda ziyarətçi mərkəzi, XIV əsrdən qalma Kabrera qalası, muzey, kafe və hədiyyə mağazası yerləşir.

İstinadlar

Biblioqrafiya Moreno, Jorge; Ballesteros, Enrique; Amengual Ramis, José. Arxipièlag de Cabrera: parc nacional. Barcelona: Lunwerg Editores, 2001, ISBN 84-7782-798-2.

Xarici keçidlər Guia de Mallorca: Parc de l'Arxipèleg de Cabrera Parque Nacional del Archipiélago de Cabrera (Ministerio de Medio Ambiente de España)

Kateqoriya:İspaniya milli parkları Kateqoriya:Balear adalarının qorunan təbiət əraziləri Kateqoriya:İspaniyanın xüsusi mühafizə bölgələri Kateqoriya:Dəniz qoruqları Kateqoriya:1991-ci ildə yaradılmış qoruq əraziləri