Fərhad Əhmədbəyli (tam adı: Əhmədbəyli Fərhad Soltan oğlu; d. 12 fevral 1923, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 16 noyabr 2015, Azərbaycan) — azərbaycanlı geoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor.Azərbaycanın tanınmış alimi vəfat etdi . 16.11.2015, aktual.az
Həyatı Fərhad Əhmədbəyli 12 fevral 1923-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1941–1945-ci illərdə İkinci dünya müharibəsində iştirak etmişdir.
1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini bitirib.
Fərhad Əhmədbəyli 1954-cü ildə geologiya-mineralogiya elmləri namizədi, 1964-cü ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 1972-ci ildə isə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Fərhad Əhmədbəyli 16 noyabr 2015-ci ildə vəfat etmişdir.
Elmi fəaliyyəti Fərhad Əhmədbəyli geologiya elminə bir sıra töhfələr vermişdir. Onun elmi fəaliyyəti Qafqazın regional geologiyası, geotektonikası, neotektonikası, geodinamikası və seysmik aktivliyinə aid problemlərinin tədqiqinə həsr edilib.
O, 145 elmi əsərin, o cümlədən 12 xəritə və atlasın, 5 monoqrafiyanın müəllifidir.
Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur.
Çox sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzə ilə çıxış etmişdir.
Beynəlxalq qrant layihələrinin (STCU, SCOPES, CNRS) iştirakçısı olmuşdur.
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan geoloqları Kateqoriya:AMEA-nın müxbir üzvləri Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri