Safsar () — Dələlər fəsiləsinə aid növ.
Xarici görünüşü Digər dələkimilərdən əlvan rənglərinə görə fərqlənir. Başın üz hissəsində ağ-qara maskası vardır. Gözlərinin ətrafı boyunca qara, onun üstündə isə geniş ağ zolaq gedir. Qulaqları nisbətən geniş və uzundur, quyruğu tüklüdür. Belinin sarı tonunda dəyirmi qara xallar səpələnmişdir. Ölçüləri xırdadır, uzun bədənə, qısa ayaqlara malikdir.Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013
Yayılması Cənub-şərqi Avropa, Balkanlar, Kiçik və Ön Asiya, Qafqaz, Orta Asiya, Tyan-Şan. Azərbaycanda arealı dağətəyi və mərkəzi düzənlik əraziləri, Zuvand yaylasını, Şirvan şəhərini və Naxçıvanı əhatə edir.Hacıyev D.V. Azərbaycanın heyvanlar aləmi. Bakı: Elm, 2000, s. 567 – 568;
Yaşayış yerləri və həyat tərzi Yaşayış yerləri arid və semiarid lanşaftları əhatə edir. Yuva qurmur, qum siçanlarının yuvasından istifadə edir. Qidasını əsasən, qum siçanları və digər gəmiricilər təşkil edir. Cütləşməsi yazda baş verir, 3-8 adətən isə 3-4 bala doğur.
Məhdudlaşdırıcı amillər 2 əsas amil safsarın sayının azalmasına səbəb olur: düzən ərazilərin kənd təsərrüfatı məqsədləri üçün mənimsənilməsi, bununla da yaşayış yerlərinin azalması safsarın qidasını təşkil edən qum siçanları və digər gəmiricilərə qarşı Dövlət Taun Əleyhinə Stansiyaları tərəfindən zəhərli maddələrdən istifadə edərək kütləvi mübarizə aparılması.
Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri İUCN siyahısına salınmışdır. Növün yaşayış yerləri Türyançay, Korçay, İlisu, Şirvan qoruqlarında, Ağgöl, Abşeron Milli Parklarında, Zuvand, Ordubad, Qax, Korçay, Şəmkir yasaqlıqlarında mühafizə olunur. - Mövcud XMOTƏ-lərin mühafizə rejimini, texniki təchizatını və infrastrukturunu gücləndirmək, - Qobustan massivində yeni XMOTƏ yaratmaq, - Növün müasir metodlarla genişmiqyaslı tədqiqatını və monitorinqini aparmaqIUCN 2008. 2008 IUCN Red List of Threatened Species. <www.iucnredlist.org>.
İstinadlar
Ədəbiyyat Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013 Hacıyev D.V. Azərbaycanın heyvanlar aləmi. Bakı: Elm, 2000, s. 567 – 568;
Xarici keçidlər Hacıyev D.V. 2000. Azərbaycanın heyvanlar aləmi. Bakı. Elm. Səh. 567-568. IUCN 2008. 2008 IUCN Red List of Threatened Species. <www.iucnredlist.org>.
Həmçinin bax
Kateqoriya:Dələlər Kateqoriya:Türkiyə məməliləri Kateqoriya:Pakistan məməliləri Kateqoriya:Azərbaycan məməliləri Kateqoriya:Həssas növlər Kateqoriya:Asiya faunası Kateqoriya:20–24 ID olan Taksonbar